Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

"Cənub Qaz Dəhlizi"nin icrasına heç nə mane ola bilməz"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Cənub Qaz Dəhlizi"nin icrasına heç nə mane ola bilməz"

"2011-ci ildə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla təməlini qoyduğumuz Trans-Anadolu Qaz Boru Xətti (TANAP) "Cənub Qaz Dəhlizi" layihəsinin dönüş nöqtəsi olub". Bunu Azərbaycan prezidenti İlham Əliyev Bakıda keçirilən "Cənub Qaz Dəhlizi" Məşvərət Şurası çərçivəsində nazirlərin III toplantısında çıxışı zamanı bildirib.

 

Reklam_3_11

Prezident qeyd edib ki, "Cənub Qaz Dəhlizi"nin əsas parçası olan TANAP layihəsi çərçivəsində işlərin 65%-i, "Cənub Qafqaz Boru Xətti" layihəsinin 80%-i, Trans-Adriatik Qaz Boru Xətti (TAP) layihəsinin 35%-i tamamlanıb. Ölkə başçısı əlavə edib ki, "Şahdəniz" yatağının 90%-i işlənilib.

 

"2011-ci ildə Rəcəb Tayyib Ərdoğanla TANAP-a imza atdıq. İstanbuldakı imzalanma mərasimi dönüş nöqtəsi oldu. Bundan sonra digər anlaşmalar imzalandı. TANAP anlaşması olmasaydı, bu layihə reallaşmazdı", - deyə prezident vurğulayıb.

 

Ölkə başçısı onu da qeyd edib ki, TANAP layihəsinin icrası zamanı optimallaşdırma işləri aparılıb və layihənin xərcləri azaldılıb.

 

"Cənub Qaz Dəhlizi" layihəsinin icrasına heç nə mane ola bilməz. Layihənin icrasında gecikmələrə yol verilməməlidir. Ekoloji problemləri bəhanə edənlər ola bilər. Layihə çərçivəsində ekoloji tələblərə tam riayət olunur. Nəticənin müsbət olacağına əminəm. Bir daha qeyd edirəm ki, layihə vaxtında icra olunacaq", - deyə o bildirib.

 

© APA

23.02.2017 09:34

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ