Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Avropa və Türkiyə mərkəzi bankları qərarlarını açıqlayacaq - GÜNƏ BAXIŞ

iç səhifə xəbər başlığı altı (mobil)_31
Avropa və Türkiyə mərkəzi bankları qərarlarını açıqlayacaq - GÜNƏ BAXIŞ

Bu gün "TCMB" və AMB-nin monetar siyasətlərinə dair yeni açıqlamaları, beynəlxalq valyuta birjalarında ticarət aktivliyini daha da artıra bilər.


 

Reklam_3_11

Beynəlxalq valyuta birjalarında avro və funtun dollara nisbətən qiymətləri yenidən 1% bahalaşıb. 

 

Lakin təhlillərə əsasən, 1.14$-ın altında ticarət edilən EUR/USD məzənnəsi bu səviyyənin altında qaldıqca, yenidən 1.13$-a kimi ucuzlaşa bilər. 1.26$-a təklif edilən GBP/USD məzənnəsinin də yenidən 1.25$-a kimi ucuzlaşa biləcəyi proqnozları güclü olaraq qalır.

 

Türkiyə maliyyə bazarlarında isə USD/TRY məzənnəsi 5.35TL-yə ticarət edilir və 3.38TL-ni də yuxarı istiqamətdə qırarsa, 5.46TL-yə kimi də bahalaşa bilər.

 

Bununla yanaşı, bu gün Bakı vaxtı ilə saat 15:00-da açıqlanacaq Türkiyə Mərkəzi Bankının (TCMB) faiz qərarı və saat 17:30-da baş tutacaq Avropa Mərkəzi Bankının (AMB) mətbuat konfransı da investorların diqqət mərkəzindədir.

 

Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.

13.12.2018 05:53

Müştərilərin xəbərləri

Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ