Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Qlobal bankdan yeni neft qiyməti proqnozu

iç səhifə xəbər başlığı altı (mobil)_31
Qlobal bankdan yeni neft qiyməti proqnozu

Gələn ilin I rübündə dünya bazarında neftin 1 barelinin qiyməti 75 ABŞ dollarına qədər bahalaşacaq, il üzrə orta qiymət isə 72 dollar təşkil edəcək. 

 

Reklam_3_11

Bu proqnozla Böyük Britaniyanın “Barclays” bankının analitikləri çıxış edib. 

 

Bank biliciləri həmçinin bildirib ki, Beynəlxalq Dəniz Təşkilatının (IMO) dəniz daşımalarından istifadə olunan yanacağın tərkibində kükürdün miqdarının 0,5%-dən çox olmaması barədə qərarının 2020-ci il yanvarın 1-dən qüvvəyə minməsi ilə əlaqədar 2019-cu ildə neft bazarında qiymətlər çox dəyişkən olacaq. 

 

Bundan başqa, "Barclays" mütəxəssislərinin fikrincə, gələn il dünya bazarında təbii qazın təklifi tələbi əhəmiyyətli dərəcədə üstələyəcək və bu qiymətlərə təzyiq göstərəcək. 

 

Analitiklər digər xammal növlərinin qiymətləri barədə gözləntilərini də açıqlayıblar. Məsələn, onların fikrincə, 2019-cu ilin I yarısında əmtəə birjalarında misin 1 tonunun qiyməti 6 550 dollara çatacaq, il üzrə orta qiymət isə 6 263 dollar olacaq. Bununla belə, yeni ticarət müharibələrinin başlaması ilə bağlı narahatlıqlar fonunda qiymətin 5 500 dollardan aşağı düşəcəyi istisna deyil. 

 

PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!

 

© Report

13.12.2018 09:13

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ