Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Türkiyə Mərkəzi Bankı faiz qərarını açıqladı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Türkiyə Mərkəzi Bankı faiz qərarını açıqladı
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Türkiyə Mərkəzi Bankının (TCMB) Cümə axşamı günkü iclasının ardından verilən məlumata görə, bank pul siyasəti faizində dəyişikliyə getməyib.
 

"Marja" xəbər verir ki, TCMB əsas maliyyələşdirmə vasitəsi olan bir həftəlik repo faizini 24% səviyyəsində sabit saxlayıb. İqtisadçılar da faiz nisbətlərində bir dəyişiklik gözləmirdi.
 

Reklam_3_11

Mərkəzi Bankın Sentyabr ayında keçirdiyi toplantısında siyasət faizi 17.75%-dən 24%-ə yüksəldilmişdi.

 

Mərkəzi Bankın açıqlamasından sonra Lirə bahalaşıb. Dollar/Lirə məzənnəsi 0,6% düşərək 5.30 səviyyələrinə geriləyib (saat 15:05-ə olan məlumat).

 

Sərt pul siyasətinin davam etdiriləcəyi qeyd edilən açıqlamada ehtiyac duyulması halında əlavə addımlar atılacağı bildirilib. Bankın açıqlamasında qiymət sabitliyi (inflyasiya) üçün bütün vasitələrdən istifadə ediləcəyi vurğulanıb.
 

İnflyasiyada qabarıq bir yaxşılaşma olana qədər sərt duruşun qorunacağı ifadə edilən açıqlamada qiymət sabitliyinə qarşı risklərin davam etdiyi vurğulanıb.
 

TCMB açıqlamasında iqtisadiyyatdakı yenidən tarazlanma prosesinin daha açıq bir hala gəldiyini də qeyd edib.

13.12.2018 12:03

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ