Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Minlərlə istifadəçisi Hesab.az-dan hədiyyələr qazanıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Minlərlə istifadəçisi Hesab.az-dan hədiyyələr qazanıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

(®) Hesab.az-da keçirilmiş “Mastercard Kampaniyası”, “Hərrac” və “Mystery Giveaway”.


 

Hesab.az yenilənmiş veb saytı və mobil tətbiqi ilə istifadəçilərə daha rahat və sürətli ödəmə imkanı təmin etməklə yanaşı, eyni zamanda həmişə faydalı, dəyərli yarışma və kampaniyalar həyata keçirməkdə davam edir. Son zamanlarda Hesab.az bir daha maraqlı kampaniyaya imza atdı.

 

Master cart ilə  birgə edilən kampaniyaya əsasən 175 Azn- dən yuxarı ödəniş edən 2000  istifadəçiyə Powerbank hədiyyə edildi. 16 Noyabr – 31 Dekabr tarixlərinə  kimi nəzərdə tutulan kampaniyanın aktivliyi gözlənildiyindən yüksək  oldu və Dekabr ayının ilk həftəsi artıq 2000 nəfər hədiyyəyə sahibi oldu.

 

Bundan başqa üç gün ərzində “Mystery Giveaway” adı ilə bütün istifadəçilərə hədiyyə qazanma imkanı yaradıldı, belə ki, 20 Azn – dən yuxarı istənilən ödənişi edən hərkəs 3 qutudan birini seçmək ilə dəyərli elektronik məhsulları, yüksək endirim kuponlar və digər hədiyyələri istifadəçilərin təsadüfi seçiminə əsasən verdi. Ödəniş sonunda çıxan imkanı əldə edən istifadəçilər həmin anda hansı hədiyyəni qazandığını görə bildilər. Yüksək aktivlik ilə həyata keçən kampaniya sonunda minlərlə istifadəçi hədiyyə sahibi oldu.

 

Hesab.az bu ilin növbəti “Hərracını” 21 noyabrdan etibarən başlatmışdır. Məlumat üçün qeyd etmək istərdik ki, Hərrac artıq uzun müddətdir ildə bir neçə dəfə həyata keçirilir və xüsusi marağa səbəb olur. Əsasən dəyərli hədiyyə qazanmaq imkanı verən Hərracda olduqca qızğın mübarizə gedir. Telefonlar, yaddaş kartları, kino biletləri, USB kabel və s. kimi onlarla hədiyyə istifadəçilərin olduqca böyük marağına səbəb olur.

 

GoldenPay-in qarşıdan gələn dövrdə yeni layihələrə imza atacağı gözlənilir. Böyük hava yolu şirkəti, elektron mağazalar, banklarla və müxtəlif sahələrdəki şirkətlərlə əməkdaşlığa hazırlaşan GoldenPay şirkəti həyata keçirməyi planlaşdırdığı kampaniyalar ilə istifadəçilərinə həmişə yaxşı xidmət göstərməyi və faydalı olmağı hədəfləyir.

 

Azərbaycanda ən böyük onlayn ödəmələr şirkəti GoldenPay 2007-ci ilin iyul ayında yaradılıb. Şirkət texniki işlərin yekunlaşması, “Visa” və “MasterCard” beynəlxalq ödəniş sistemlərindən müvafiq sertifikatların alınmasından sonra 2008-ci ilin dekabr ayında fəaliyyətə başlayıb.

 

2011-ci ilin  aprel ayında GoldenPay şirkəti Hesab.az - Azərbaycanın ən böyük onlayn xidmətlər platformasını yaradıb. Hesab.az-da müxtəlif kommunal, stasionar və mobil rabitə, internet, bank kreditlərinin ödənişi, onlayn sığorta, kinoteatra bilet və sair xidmətlərin alışı /ödənişi mümkündür.

14.12.2018 09:16

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ