Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Palatada QDTİB-in prezidentilə görüş olub

iç səhifə xəbər başlığı altı (mobil)_31
Palatada QDTİB-in prezidentilə görüş olub

Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasında (Palata) ölkəmizdə səfərdə olan Qara Dəniz Ticarət və İnkişaf Bankının (QDTİB) prezidenti Dmitri Pankinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

 

Reklam_3_11

Görüşdə Palata ilə QDTİB arasında mövcud iqtisadi əlaqələr müzakirə edilib, qarşılıqlı maraq doğuran məsələlərə toxunulub.

 

Palatanın İdarə Heyəti sədrinin müavini vəzifəsini icra edən Asim Zülfüqarov qonaqlara ölkəmizdəki iqtisadi artım, qeyri-neft sektorunun, həmçinin bank sektorunun inkişafı, bankların kapitallaşması istiqamətində görülən tədbirlər baradə ətraflı məlumat verib. Aparılan islahatların məntiqi nəticəsi olaraq Doing Businessin 2018-ci il hesabatında Azərbaycanın 32 pillə irəliləyərək 25-ci yerdə qərarlaşmasını vurğulayıb.

 

Qara Dəniz Ticarət və İnkisaf Bankının (QDTİB) direktoru Dmitri Pankinin çıxışı zamanı  təmsil etdiyi qurumun Azərbaycanda indiyə qədər həyata keçirdiyi layihələr haqqında danışıb, maliyyə institutları ilə sıx əməkdaşlıq etdiklərini və gələcəkdə yeni layihələrin həyata keçirilməsində maraqlı olduqlarını bildirib.

 

Görüşdə həmçinin Palata ilə QDTİB arasında əməkdaşlıq əlaqələri və bu əlaqələrin inkişaf perspektivləri də müzakirə olunub.

14.12.2018 11:43

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ