İdxal 10 milyard dollardan çox pul apardı – SON RƏQƏMLƏR
2018-ci ilin 11 ayında Azərbaycanın xarici ticarət əməliyyatlarının həcmi 28 milyard 214 milyon 292 min ABŞ dolları təşkil edib.
“Marja” Dövlət Gömrük Komitəsinin aylıq hesabatına istinadən xəbər verir ki, yanvar-noyabr dövründə idxal əməliyyatları üzrə 10 milyard 295 milyon 487 min ABŞ dolları, ixrac əməliyyatları üzrə 17 milyard 918 milyon 806 min ABŞ dolları məbləğində ticarət qeydə alınıb. Saldo müsbət 7 milyard 623 milyon 318 min dollar təşkil edib.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
2017-ci ilin 11 ayı ərzində Azərbaycanın xarici ticarət əməliyyatlarının həcmi 20 milyard 291 milyon 683 min dollar, o cümlədən ixrac 12 milyard 500 milyon 980 min dollar, idxal isə 7 milyard 790 milyon 703 min dollar baş tutmuşdu. Beləliklə, Azərbaycanın ixracı 5 milyard 418 milyon dollar və ya 43,2%, idxalı isə 2 milyard 505 milyon dollar və ya 32% artıb.
Noyabrda ixrac 1 milyard 947 milyon 894 min dollar, idxal isə 1 milyard 42 milyon 639 min dollar təşkil edib. Oktyabrda ixrac 1 milyard 696 milyon 535 min dollar, idxal isə 1 milyard 347 milyon 487 min dollar təşkil etmişdi.
2018-ci ilin 11 ayı ərzində 14 milyard 621 milyon 241 min dollarlıq xam neft, 1 milyard 256 milyon 132 min dollarlıq təbii qaz ixrac olunub. Neft və qaz ixracın 87.7%-ni formalaşdırıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 53 d. əvvəl
-
3 saat əvvəl
Bakı Fond Birjası “2024-2026-cı illər üzrə Strateji İnkişaf Planı”nı təqdim etdi
- 3 saat əvvəl
-
4 saat əvvəl
SOCAR və “Qazprom”un prezidentləri qaz sahəsində əməkdaşlığı müzakirə edib
-
4 saat əvvəl
“Rox Motor” avtomobil brendi artıq rəsmi olaraq Azərbaycanda!
-
4 saat əvvəl
Sahəsi 2 hektar olan qum-çınqıl yatağı cəmi 14 min manata şirkətin istifadəsinə verildi
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
"Əlavə sərmayə qoyuruq ki, Avropa ölkələrini qaz təchizatı məsələsində dəstəkləyək"
-
5 saat əvvəl
bp şirkəti Dərinsulu Günəşli platformasında hasilatı müvəqqəti dayandırır
- 5 saat əvvəl