Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Avropada inflyasiya ilə bağlı önəmli göstəricilər açıqlanacaq - GÜNƏ BAXIŞ

iç səhifə xəbər başlığı altı (mobil)_31
Avropada inflyasiya ilə bağlı önəmli göstəricilər açıqlanacaq - GÜNƏ BAXIŞ

Beynəlxalq birjalarında bu həftə açıqlanacaq Avropanın inflyasiya, FED-in faiz qərarı və Breksit danışıqları fonunda bəyanatlar diqqət mərkəzindədir.


 

Reklam_3_11

EUR

 

Beynəlxalq valyuta birjalarında avronun qiyməti Avropa Mərkəzi Bankının sədri Mario Draqinin çıxışından sonra 1.13$-a kimi ucuzlaşıb. Təhlillərə əsasən, qiymət sözügedən səviyyənin altında qalarsa, 1.12$-a kimi də dəyər itirə bilər.

 

Bununla yanaşı, bazar ertəsi Bakı vaxtı ilə saat 14:00 və çərşənbə saat 23:00 müvafiq olaraq açıqlanacaq Avropada inflyasiya ilə bağlı önəmli göstəricilər və Amerika Mərkəzi Bankının faiz qərarı da böyük maraqla gözlənilməkdədir.

 

GBP 

 

GBP/USD məzənnəsi də Avropa Birliyi ilə İngiltərə höküməti arasında Breksit danışıqları fonunda təzyiq altındadır. Beləliklə, 1.26$-a təklik edilən GBP/USD məzənnəsi, bu səviyyənin altında qalarsa, 1.25$-a kimi də ucuzlaşa bilər.

 

TRY

 

Türkiyə maliyyə bazarlarında da dollar bahalaşır. Artıq 5.37TL-yə ticarət edilən USD/TRY məzənnəsi, 5.41TL-ni də yuxarı istiqamətdə qırarsa, 5.53TL-yə kimi bahalaşa biləcəyi proqnozlaşdırılır.

 

OIL

 

Avropanın Brent markalı neftinin bir barel qiyməti “OPEC+” ölkələrinin qiymətlərə dəstək olmaq məqsədilə qərara aldıqları yeni razılaşmaya baxmayaraq, dolların bahalaşması fonunda 60$-a kimi ucuzlaşıb. Lakin qiymət 61$-ı yuxarı istiqamətdə qırarsa, 63$-a kimi dəyər qazana bilər. 63$-ın üzərində möhkəmlənən qiymətin bahalaşmasının isə daha da sürətlənə biləcəyi proqnozlaşdırılır.

 

Bu həftənin çərşənbə günü saat 19:30-da yayımlanacaq ABŞ-ın neft ehtiyatları ilə bağlı statistik məlumatların da qiymətə güclü təsir edəcəyi gözlənilir.

 

GOLD

 

Dünyada dolların aparıcı valyutalara nisbətən qiymətlərinin bahalaşması, əlvan metallar bazarlarında qızılın da ucuzlaşmasına səbəb olub. Belə ki, qızılın bir unsiya üzrə qiyməti 1236$-ı (39.7 $/qram) da aşağı istiqamətdə qırarsa, 1230$-a (39.6 $/qram) kimi də dəyər itirə bilər.

 

Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.

17.12.2018 06:24

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ