Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Bankların cəmi aktivləri nəyin hesabına artıb?

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bankların cəmi aktivləri nəyin hesabına artıb?

Bu gün Maliyyə Bazarlarına Nəzarət Palatsının açıqladığı aylıq hesabata görə, Azərbaycanda fəaliyyət göstərən bankların cəmi aktivləri  ötən ilin 10 ayı ilə müqayisədə  12,8% (3 milyard 379 milyon manat) artaraq 31 oktyabr 2018-ci il tarixində 29 milyard 690.2 milyon manata çatıb. 31 Oktyabr 2017-ci il tarixində bankların cəmi aktivləri 26 milyard 311.6 milyon manat təşkil etmişdi.

 

Reklam_3_11

Bəs artım nə ilə bağlıdır?

 

“Marja”nın məlumatına görə, rəqəmlərə nəzər saldıqda məlum olur ki, cari ilin 10 ayı ərzində ötən ilin 10 ayı ilə müqayisədə müştərilərə verilmiş kreditlər cüzi - 181,7 milyon manat və ya 1,5% artıb. Belə ki 31 oktyabr 2017-ci il tarixində 11 milyard 707.5 milyon manat təşkil etmiş kreditlər 31 Oktyabr 2018-ci ildə 11 milyard 889.2 milyon manata yüksəlib.

 

Aktivlərin artmasına ən böyük töhfəni bankların qiymətli kağızlara investisiyaları və  depozitlərin artması verib.

 

Belə ki, bankların qiymətli kağızlara investisiyaları 2,3 dəfə və ya 2 milyard 11 milyon manat artaraq 3 milyard 579 milyon manata yüksəlib.

 

Bankların depozitləri (Banklar da daxil olmaqla, maliyyə institutlarındakı depozitlər) 827 milyon manat və ya 13,8% artaraq 6 milyard 796 milyon manata çatıb. Hər iki maddə üzrə artım 2 milyard 838 milyon manat təşkil edib.

 

Cədvəl 1. Bank sektorunun icmal balansı (mln. manatla)

 

Aktivlər

31.10.2017

31.10.2018

1. Nağd vəsaitlər

1,229.0

1,120.0

2. Mərkəzi Bankda müxbir hesablar*

2,597.3

2,455.6

3. Nostro hesablar (başqa banklardakı müxbir hesablar)

2,290.6

2,466.8

4. Banklar da daxil olmaqla, maliyyə institutlarındakı depozitlər

5,969.3

6,796.1

5. Qiymətli kağızlar

1,567.8

3,578.9

6. Banklar da daxil olmaqla, maliyyə institutlarına kreditlər

292.0

233.2

6.1 xalis kreditlər

205.6

217.4

7. Müştərilərə verilən kreditlər

11,707.5

11,889.2

7.1 Kreditlər üzrə mümkün zərərlərin ödənilməsi üçün məqsədli

ehtiyat

1,651.0

1,536.5

7.2 Xalis kreditlər

10,056.5

10,352.7

8. Əsas vəsaitlər

807.0

925.4

9. Qeyri-maddi aktivlər

131.4

132.1

10. Digər aktivlər (məqsədli ehtiyatlar çıxılmaqla)

1,457.1

1,645.2

11. Cəmi aktivlər

26,311.6

29,690.2

 

17.12.2018 11:22

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ