Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

“Paris Disneyland-ə səyahət” lotereyasının qalibləri mükafalandırılıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Paris Disneyland-ə səyahət” lotereyasının qalibləri mükafalandırılıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Dekabrın 13-də PAŞA Bank tərəfindən MasterCard Beynəlxalq Ödəniş Sisteminin dəstəyi ilə Priceless Specials loyallıq platformasının cari il üzrə nəticələrinə və “Paris Disneyland-ə səyahət” lotereyasının yekunlaşmasına həsr olunmuş təqdimat mərasimi həyata keçirilib. 

 

Təqdimatda Priceless Specials proqramı üzrə göstəricilərin artım dinamikası iştirakçıların diqqətinə çatdırılıb. Proqramın 70-dən çox tərəfdaşına, ticarət məntəqələrinin nümayəndələrinə mükafatlar təqdim edilib.

 

Mərasimin sonunda “Paris Disneyland-ə səyahət” lotereyasının qaliblərinə hədiyyələr təqdim edildi. Qeyd edək ki, bu lotereya 1 oktyabr 2018-ci il tarixdən 30 noyabr 2018-ci il tarixə kimi davam etmişdir və lotereyada Proqramın tərəfdaş ticarət məntəqələrində minimum 1 AZN olmaqla nağdsız ödəniş aparan MasterCard kartı sahibləri iştirak etmişdir.

 

MasterCard Priceless Specials proqramı ölkədə nağdsız ödənişlərin inkişaf etdirilməsi kimi strateji bir məqsədlə həyata keçirilir. Bu proqram beynəlxalq layihədir və Fransa, Almaniya, İtaliya və s. kimi dünyanın inkişaf etmiş qabaqcıl ölkələrində də aktiv şəkildə fəaliyyət göstərir. Azərbaycanda isə bu qlobal layihənin bank tərəfdaşı kimi PAŞA Bank çıxış edir və proqram üzrə POS proqram həllini təqdim edir. Buna görə də, proqram üzrə təklif olunan endirimlərdən faydalanmaq üçün prograqramın tərəfdaşı olan ticarət məntəqələrində PAŞA Bankın POS terminalları vasitəsi ilə MasterCard kartı ilə ödəniş etmək gərəklidir.

 

MasterCard Priceless layihəsinin tərəfdaşları günü-gündən artır və tərəfdaş ticarət məntəqələri haqqında məlumatları https://eu.mastercard.com/a/az/qiymetsiz/ saytı vasitəsi ilə əldə etmək mümkündür. 

17.12.2018 14:13

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ