Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Beynəlxalq bazarlar nəfəsini tutdu - BU GÜN BAŞLAYIR

iç səhifə xəbər başlığı altı (mobil)_31
Beynəlxalq bazarlar nəfəsini tutdu - BU GÜN BAŞLAYIR
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Bu gün ABŞ Mərkəzi Bankının (Fed) iki gün davam edəcək iclası başlayacaqdır.

 

"Marja" xəbər verir ki, iclas sabah (19 Dekabr) başa çatacaq və Fed Bakı vaxtı ilə saat 23:00-da faiz qərarını açıqlayacaqdır.

 

Fed-in bu iclası beynəlxalq bazarlar tərəfindən daha böyük maraqla izlənir. Bir tərəfdən Fed-in pul siyasətinə bağlı qalaraq faizi artıracağı gözlənilir, digər tərəfdən ABŞ Prezidenti Fed-i tənqid etməkdə davam edir. 

 

ABŞ Prezidenti Donald Tramp, Dolların güclü, demək olar ki, inflyasiyanın olmadığı və dünyanın çalxalandığı, Parisin yandığı, Çinin pis vəziyyətdə olduğu bir dövrdə Fed-in faiz artırmağı düşünməsinin belə "ağlasığmaz" olduğunu bildirib.

 

ABŞ Prezidenti Donald Trampın Ticarət müşaviri  Peter Navarro, "İqtisadiyyatın böyüdüyü mühitdə Fed Çərşənbə günü faiz artırmamalıdır" deyib.

 

PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!

 

"DoubleLine Capital"ın Baş İnformasiya inzibatçısı Jeffrey Gundlach, "Fed bu həftəki iclasında faiz artırmamalıdır, çünki istiqraz bazarına dair narahatlıqlar və yavaşlayan iqtisadiyyata dair gözləntilər 2020-ci ildə pul siyasəti dəyişikliyi tələb edə bilər",- deyib.

 

Fed sədri bir müddət əvvəl verdiyi açıqlamada faizlərin neytral səviyyəyə yaxın olduğunu bildirmişdi. Analitiklər, bu açıqlamanı şərh edərək, Fed-in Dekabrda faiz artıracağını, gələn il isə faiz artırmağa fasilə verəcəyini qeyd edirlər.

 

Bəzi iqtisadçılar Fed-in sabah faiz artırmayacağını və bunu gələn ilin Mart ayında edəcəyini bildirirlər.

 

Sabah Fed-in faizi 2,25%-dən 2,50%-ə qaldıracağı gözlənilir. Fed Bakı vaxtı ilə saat 23:00-da mətbuat açıqlaması ilə bərabər iqtisadi planlarını da açıqlayacaqdır. Saat 23:30-da isə Fed sədri Cerom Pauelin mətbuat konfransı başlayacaqdır. Pauelin verəcəyi açıqlamalar bazarlarda qiymət dəyişikliklərinə səbəb ola bilrər.

 

"Fed-in faiz proqnozu 3-də qalarsa, dollar bahalaşa bilər"

 

Qlobal investisiya bankı "Goldman Sachs"a görə, Fed rəsmilərinin 2019-cu ildə faizin neçə dəfə artırılacağına dair proqnozu 2-yə düşmək əvəzinə 3-də qalarsa, Dollar, G - 10 valyutaları qarşısında ilin sonuna doğru yeni zirvələr (ən yüksək səviyyələr) görə bilər.

 
"Goldman Sachs"ın iqtisadçılarının gözləntisi sayın 2-yə endiriləcəyi istiqamətindədir.


"Goldman"a görə, Fed açıqlamasında ya da mətbuat konfransında ehtiyatlı bir dil istifadə etməməsi vəziyyətində də dollar bahalaşa bilər.

18.12.2018 04:45

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ