Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Oktyabrda əhali 57 milyon manatını banklardan geri tələb edib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Oktyabrda əhali 57 milyon manatını banklardan geri tələb edib

31.10.2018-ci il tarixində banklarda fiziki şəxslərin əmanətləri (əhalinin əmanətləri) 8 milyard 57.9 milyon manat təşkil edib.

 

Reklam_3_11

“Marja” Maliyyə Bazarlarına Nəzarət Palatasının aylıq hesabatına istinadən xəbər verir ki, Sentyabr ayının sonu ilə müqayisədə Oktyabrda əmanətlər 57 milyon manat azalıb.

 

Oktyabrda müddətli əmanətlər 5 milyard 548.1 milyon manatdan 5 milyard 486.8 milyon manata düşüb (61,3 milyon manat azalma), tələbli əmanətlər isə 2 milyard 566.8 milyon manatdan 2 milyard 571.1 milyon manata yüksəlib (4,3 milyon manat artım).

 

Sentyabr ayının sonu ilə müqayisədə oktyabrda hüquqi şəxslərin depozitləri 356 milyon manat artaraq 10 milyard 490.4 milyon manata çatıb. Depozitlərin 1 milyard 865.1 milyon manatı müddətli, 8 milyard 625.3 milyon manatı tələbli olub. Müddətli depozitlərin 82.2 milyon manatını sahibkarlıqla məşğul olan fiziki şəxslərin depozitləri təşkil edib. Oktyabrda sahibkarlıqla məşğul olan fiziki şəxslərin depozitləri 2 milyon manat azalıb.

18.12.2018 08:02

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ