Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

Mərkəzi Bank banklara verdiyi borcu geri alır

iç səhifə xəbər başlığı altı (mobil)_31
Mərkəzi Bank banklara verdiyi borcu geri alır

Mərkəzi Bankın banklara qarşı tələbləri (banklara verdiyi borc) azalmaqda davam edir.

 

“Marja” Maliyyə Bazarlarına Nəzarət Palatasının aylıq hesabatına istinadən xəbər verir ki, tələblər 2018-ci ilin Sentyabr ayının sonu ilə müqayisədə Oktyabrda 14,6 milyon manat azalıb. Sentyabrın sonunda 409.3 milyon manat təşkil etmiş tələblər Oktyabrın sonunda 394.6 milyon manata düşüb.

 

2017-ci ilin sonunda Mərkəzi Bankın banklara qarşı tələbləri 507.6 milyon manat, 31 Oktyabr 2017-ci il tarixində isə 566.6 milyon manat idi. Beləliklə, ötən ilin sonu ilə müqayisədə tələblər 113 milyon manat, ötən ilin Oktyabr ayının sonu ilə müqayisədə isə 172 milyon manat azalıb.

 

2016-cı ilin sonunda Mərkəzi Bankın banklara qarşı tələbləri 1 milyard 695,5 milyon manat təşkil etmişdi. Ötən il Mərkəzi Bank banklara verdiyi borcun 1 milyard 187,9 milyon manatını geri alıb.

18.12.2018 08:13

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ