Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Beynəlxalq Bank “Qayğıkeş” layihəsini təqdim edir

iç səhifə xəbər başlığı altı (mobil)_31
Beynəlxalq Bank “Qayğıkeş”  layihəsini təqdim edir
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

(®) Azərbaycan Beynəlxalq Bankı ölkəmizdə nağdsız ödənişlərin stimullaşdırılması istiqamətində daha bir mühüm addım atıb.

 

Belə ki, artıq bankın bütün ödəniş kartlarının, o cümlədən əmək haqqı, pensiya, eləcə də bankın başqa debet və kredit kartlarının sahibləri (American Express və Union Pay kartları istisna olmaqla) bankla tərəfdaş olan ticarət və xidmət məkanlarında alış-veriş edən zaman ödədikləri vəsaitlərin bir hissəsini dərhal kart hesablarına geri alacaqlar. Bunun üçün həmin məkanlarda alış–veriş zamanı ödənişi bankın kartları ilə Azərbaycan Beynəlxalq Bankına məxsus POS terminallarla aparmaq kifayətdir. POS terminalla ödəniş həyata keçirilən kimi müvafiq vəsait kart hesabına geri qayıdır. Beləliklə, bankın öz müştərilərinin qayğısına qalaraq tətbiqinə başladığı “Qayğıkeş” (QayğıCash) layihəsi xərcləri gəlirə çevirir. Bu layihədən faydalanan müştərilər tərəfdaş məkandan asılı olaraq xərclədikləri vəsaitin 10%-ə qədər hissəsini geri ala bilərlər.  

 

“Qayğıkeş” (QayğıCash) layihəsinə qoşulmaqdan ötrü xüsusi qeydiyyatdan keçməyə ehtiyac yoxdur. Kart sahibləri avtomatik olaraq layihəyə qoşulmuş sayılırlar.

 

Müştərilər geri qayıdan vəsaitlər barədə məlumatı “SMS xəbərdarlıq” xidməti və ya IBAm mobil əlavəsi vasitəsilə əldə edə bilərlər. Bankın bu layihə çərçivəsində  tərəfdaşlıq etdiyi ticarət və xidmət məkanları ilə buradan tanış olmaq mümkündür: https://www.ibar.az/az/individual/qaygikesh-klubu/

 

Sözügedən tərəfdaşların sayı durmadan artacaq və siyahı davamlı qaydada yenilənəcək.

 

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının digər məhsul və xidmətləri barədə məlumatları bankın 36 filial və 39 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin www.facebook.com/azerbaycanbeynelxalqbanki/ rəsmi Facebook səhifəsindən əldə etmək olar.

19.12.2018 07:10

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ