Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Goldman: İnkişaf edən ölkə pulları 2019-da bahalaşacaq

iç səhifə xəbər başlığı altı (mobil)_31
Goldman: İnkişaf edən ölkə pulları 2019-da bahalaşacaq
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Qlobal investisiya bankı "Goldman Sachs", qarşıdakı aylarda inkişaf edən bazarlarda iqtisadi şərtlərin yaxşılaşacağını bildirir.
 

İnkişaf edən ölkələrin pul vahidləri 2018-ci il ərzində Dolların bahalaşması ilə təzyiq altında qaldılar. Bu il dollar 6 böyük pul vahidindən ibarət olan səbət qarşısında təxminən 5% dəyərlənib.
 

"Marja" CNBC-yə istinadən xəbər verir ki, "Goldman Sachs"  Endryu Uilson Dolların 2018-ci ilin əvvəlindən bu yana bahalaşdığını və yəqin ki, ən yüksək səviyyənin görüldüyünü söyləyib. Ekspert, "Məncə, xüsusilə 2018-də dəyərdən düşmüş inkişaf edən ölkə valyutalarının gələn il sıçrayış etdiyini görəcəyik" ifadəsini istifadə edib.
 

Qurum, keçən həftə bir hesabatında inkişaf edən ölkə aktivlərinin inkişaf etmiş ölkə aktivləri ilə müqayisədə daha yaxşı performans göstərəcəyini bildirmişdi.
 

"Goldman Sachs" analitikləri gələn il investisiya proqnozuna dair ən böyük riskin Çinin iqtisadi performansı olacağını da qeyd edərək "Çin üçün 2019 iqtisadi artım proqnozumuz 6.2%-dir. Bu da 1990-lardan bəri ən aşağı artım olacaq" açıqlamasını etmişdi.

19.12.2018 09:24

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ