Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

"GoldenPay" “Azərbaycanın ən yaxşı onlayn ödəmə təminatçısı” elan edilib

iç səhifə xəbər başlığı altı (mobil)_31
"GoldenPay" “Azərbaycanın ən yaxşı onlayn ödəmə təminatçısı” elan edilib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

(®) “GoldenPay” “International Business Magazine”-in 2018-ci il üzrə dəyərləndirilməsində yer aldı.


 

Azərbaycanın ən böyük onlayn ödəmə portal "GoldenPay" hər zaman olduğu kimi öz strategiyası üzrə gündən – günə inkişaf etməyə və yenilikləri ilə istifadəçilərinə daha yaxşı xidmət göstərməyə davam edir.

 

Bu sahə üzrə qabaqcıl addımlar atan, ilkləri həyata keçirən GoldenPay diqqət mərkəzində qalmağı bacarmış və layiq olduğu dəyəri görməyə davam etmişdir.

 

Bu dəfə GoldenPay şirkəti “International Business Magazine”- nin  2018- ci il üzrə dəyərləndirməsinə əsasən “Azərbaycanın ən yaxşı onlayn ödəmə təminatçısı” nominasiyası üzrə mükafata layiq görülmüşdür və bir daha dünya standartlarında bir şirkət olduğunu sübut etmiş oldu.

 

Qeyd edək ki, “International Business Magazine” BƏƏ fəaliyyət göstərən maliyyə və biznes sahəsi üzrə qabaqcıl jurnal hesab olunur. Hər il dünyanın öndəgedən, perspektivli, inkişaf edən bank, şirkət və qurumlarını dəyərləndirərək onlara stimul vermiş olur.

 

Azərbaycanda ən böyük onlayn ödəmələr şirkəti GoldenPay 2007-ci ilin iyul ayında yaradılıb. Şirkət texniki işlərin yekunlaşması, “Visa” və “MasterCard” beynəlxalq ödəniş sistemlərindən müvafiq sertifikatların alınmasından sonra 2008-ci ilin dekabr ayında fəaliyyətə başlayıb.

 

2011-ci ilin  aprel ayında "GoldenPay" şirkəti Hesab.az - Azərbaycanın ən böyük onlayn xidmətlər platformasını yaradıb. Hesab.az-da müxtəlif kommunal, stasionar və mobil rabitə, internet, bank kreditlərinin ödənişi, onlayn sığorta, kinoteatra bilet və sair xidmətlərin alışı /ödənişi mümkündür

19.12.2018 10:20

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ