Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Dünya brendlərinin siqaretləri Azərbaycanda istehsal olunacaq

iç səhifə xəbər başlığı altı (mobil)_31
Dünya brendlərinin siqaretləri Azərbaycanda istehsal olunacaq
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Yaxın vaxtlarda Azərbaycanda xarici tanınmış siqaret brendlərinin istehsalı başlanacaq. Bu barədə ölkənin ən byöük tütün məhsulları istehsalçılarından biri olan “Tabaterra” QSC-dən bildirilib.

 

Şirkətdən verilən məlumata görə, 5 ədəd İstehsal xəttinin yerləşdirilməsi nəzərdə tutulub ki, bununda illik istehsal həcmi 11 milyard ədəd siqaret təşkil edir. Nəticədə “Tabaterra” QSC istehsal gücünə görə, ölkənin siqaretə olan tələbatının 80%-ni təmin etmək gücündə olacaq: “Hal hazırda ölkə ərazisində siqaretə olan illik tələbat 14 milyard ədəddir.  Bu isə o deməkdir ki, Tabaterra QSC ölkənin tütün məmulatlarına olan tələbatının 80 faizini qarşılamağa qadir olacaqdır”-deyə bildirilir.

 

Şirkət daxili bazarı təmin etdikdən sonra sonra xarici bazarlara çıxmaq niyyətindədir: “Başlanığıc olaraq hədəfimiz hal hazırda illik 11 milyard ədəd siqaret təşkil edən idxalı sıfırlayaraq yerli istehsala çevirməkdən ibarətdir. Eyni zamanda ixrac imkanları da tərəfimizdən araşdırılmaqdadır. Bu istiqamətdə atacağımız ilk addım isə Azərbaycanın xarici ölkələrdə fəaliyyət göstərən ticarət evlərində mövcudluğumuzu təmin etməkdən ibarət olacaqdır”.

 

“Tabaterra” QSC-dən o da bildirilib ki, Böyük Britaniya, Almaniya və İtaliya texnologiyaları əsasında qurulan fabrikdə 3 müxtəlif formatda dünya standardlarına tam olaraq cavab verən yüksək keyfiyyətli filtrli siqaretlər istehsal ediləcək.

 

Hal-hazırda Fabrik özünə məxsus olan “Argo”, “Kingston” və “Senate” brendlərini istehsal edir. “Argo” brendi artıq istehlakçılara təqdim olunub. Ən qısa zamanda isə “Kingston” və “Senate” brendlərinin də istehlakçılara təqdim olunmasl planlaşdırılır.

 

Bundan əlavə, dünyanın ən nəhəng siqaret istehsalçıları olan “British American Tobacco”, “Japan Tobacco International”, “Imperial Tobacco” şirkətlərinin məhsullarının da lisenziya əsasında Tabaterra QSC-də istehsalı nəzərdə tutulmuşdur. Ümumilikdə, fabrikdə  80 çeşid olmaqla 13 brendin istehsal olunmasl nəzərdə tutulur.

 

Hal hazırda -“Tabaterra” QSC-də istehsal olunan məhsullarda istifadə olunan xam malın əsas kütləsi idxalın payına düşür. Eyni zamanda həmin xammallın yerli bazardan alınması üçün işlər aparılır.

 

Xatırladaq ki, Sumqayıt Kimya Sənaye Parkında yerləşən “Tabaterra” QSC bu il noyabrin 16-da işə düşüb, açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev iştirak edib.

 

PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!

 

© FED

21.12.2018 12:31

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ