Azərbaycana manatla kreditlər verə bilər
Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) Azərbaycanda olan kreditləri benefisiarlar tərəfindən ABŞ dollarında ödənilmədiyinə görə, öhdəliklərin milli valyuta - manatla ödənilməsinə razılıq verib. Bunu jurnalistlərə açıqlamasında Dünya Bankının (WB) Cənubi Qafqazda maliyyə və özəl sektor üzrə ölkə əlaqələndiricisi Anjela Priqojina bildirib.
WB rəsmisi qeyd edib ki, Dünya Bankının törəmə maliyyə qurulumu olan Beynəlxalq Maliyyə Korporasiyası (IFC) da Azərbaycana manatla kreditlər verə bilər: "Amma bunun üçün o, bu kreditlərin TCX Fondu (valyuta risklərinin hedc edilməsi fondu) vasitəsi ilə hedc ediləməsi şərtini irəli sürüb. Belə ki, Avropa bankları və maliyyə təşkilatları bu Fondla əməkdaşlıq edir".
A.Priqojinanın sözlərinə görə, hazırda kreditdən çox manatla iqtiqrazların emissiyası üzərində müzakirələr aparılır. Nəzəri olaraq WB da manatla iqtiqraz yerləşdirərək iqtisadiyyatı maliyyələşdirə bilər. Sadəcə Dünya Bankının emissiya həcmi çox böyükdür və daha böyük əməliyyatlar həyata keçirir.
"İki ildir EBRD və IFC tərəfindən Azərbaycanla manat istiqrazlarının yerləşdirilməsi məsələsi müzakirə olunur. Bu mənada Gürcüstan daha aktiv olub və bu proses orada artıq başlayıb. Biz Azərbaycan tərəfinə bu istiqamətdə lobbiçiliyi artırmağı və nəticədə, fond bazarını inkişaf etdirməyi tövsiyyə edirik. Belə olarsa, Azərbaycan özünə bençmark (etalon) yaradaraq ölkədəki digər müəssisə-emitentlər də yeli valyutada istiqraz yerləşdirə biləcək", - deyə Bank rəsmisi əlavə edib.
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 9 saat əvvəl
-
11 saat əvvəl
Bakı Fond Birjası “2024-2026-cı illər üzrə Strateji İnkişaf Planı”nı təqdim etdi
- 12 saat əvvəl
-
12 saat əvvəl
SOCAR və “Qazprom”un prezidentləri qaz sahəsində əməkdaşlığı müzakirə edib
-
12 saat əvvəl
“Rox Motor” avtomobil brendi artıq rəsmi olaraq Azərbaycanda!
-
12 saat əvvəl
Sahəsi 2 hektar olan qum-çınqıl yatağı cəmi 14 min manata şirkətin istifadəsinə verildi
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
"Əlavə sərmayə qoyuruq ki, Avropa ölkələrini qaz təchizatı məsələsində dəstəkləyək"
-
13 saat əvvəl
bp şirkəti Dərinsulu Günəşli platformasında hasilatı müvəqqəti dayandırır
- 13 saat əvvəl