Bu il bank qanunvericiliyinə çoxsaylı dəyişikliklər ediləcək
Maliyyə Bazarlarına Nəzarət Palatası 2017-ci ildə bank sahəsində qanunvericiliyin təkmilləşdirilməsi prosesini davam etdirmək niyyətindədir. Bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurasının sədri Rüfət Aslanlı bəyan edib.
“Maliyyə bazarlarına nəzarət və tənizmlənməsi haqqında qanun layihəsi son müzakirələr mərhələsindədir. Bu həftə Dünya Bankının missiyası Bakıda səfərdə olub. Həmçinin onlarla birlikdə qanun layihəsi üzərində gərgin iş aparırıq. Ümid edirəm ki, missiyanın fevralın 28-dək davam edəcək səfəri zamanı ekspertlər səviyyəsində sənədin müzakirəsini başa çatdıracağıq. Sənədi qanunvericiliyə əsasən hökumətin müzakirəsinə təqdim edəcəyik”, - deyə R.Aslanlı bildirib.
Onun sözlərinə görə, 2017-ci ildə qanunvericiliyə digər vacib düzəlişlər bankların təkrar təşkili məsələsidir.
“O cümlədən, qeyri-işlək aktivlərin problemlərinin həlli məqsədilə qanunvericiliyə, həmçinin “Müflisləşmə və iflas haqqında” və bu sahədə məhkəmə qarərlarının icrası il əlaqədar düzəlişlər daxil etməyi planlaşdırırıq”, - deyə R.Aslanlı vurğulayıb.
O qeyd edib ki, Palata ödəniş sistemlərinin fəaliyyətinin tənzimlənməsi sahəsində qanunvericiliyin təkmilləşdirilməsinə yönəlib.
“Bu qanun layihəsini artıq AMB və digər maraqlı tərəflər hazırlayıb. 2016-cı ildə maliyyə sektorunda struktur dəyişikliklər və digər səbəblərə görə layihə üzərində iş dayandırılıb. Palata, AMB və DB layihə üzərində işi bərpa edib. Cari il ərzində qanun layihəsini parlamentə təqdim etməyə çalışacağıq”, - deyə R.Aslanlı vurğulayıb.
R.Aslanlı 2017-ci ilin ortasına Palatanın yeni qanunvericilik təşəbbüslərinə zərurət yaranacağına əminlik ifadə edib.
© İnterfaks-Azərbaycan
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 7 saat əvvəl
-
9 saat əvvəl
Bakı Fond Birjası “2024-2026-cı illər üzrə Strateji İnkişaf Planı”nı təqdim etdi
- 10 saat əvvəl
-
10 saat əvvəl
SOCAR və “Qazprom”un prezidentləri qaz sahəsində əməkdaşlığı müzakirə edib
-
10 saat əvvəl
“Rox Motor” avtomobil brendi artıq rəsmi olaraq Azərbaycanda!
-
10 saat əvvəl
Sahəsi 2 hektar olan qum-çınqıl yatağı cəmi 14 min manata şirkətin istifadəsinə verildi
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
"Əlavə sərmayə qoyuruq ki, Avropa ölkələrini qaz təchizatı məsələsində dəstəkləyək"
-
11 saat əvvəl
bp şirkəti Dərinsulu Günəşli platformasında hasilatı müvəqqəti dayandırır
- 11 saat əvvəl