Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

SOCAR-ın vasitəsilə Qazaxıstan paraksilolunun Kulevidən ixracına başlanıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
SOCAR-ın vasitəsilə Qazaxıstan paraksilolunun Kulevidən ixracına başlanıb

 İlk dəfə olaraq Qazaxıstan paraksilolunun SOCAR-a məxsus Kulevi (Gürcüstan, Qara dəniz) terminalından aşırılmasına başlanılıb.

 

Qazaxıstanın Atırau zavodunda istehsal edilən paraksilolun nəqli dekabrın 8-dən həyata keçirilməyə başlanıb.

 

"Argus"un məlumatına görə, paraksilol neft-kimya sisternlərində Atırau zavodundan Qazaxıstanın Kurık limanına, oradan isə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nə (ASCO) məxsus bərələrlə Azərbaycanın Ələt limanına, bu limandan dəmiryolu ilə Kulevi terminalına nəql edilir, daha sonra tankerlərə yüklənərək ixrac olunur.

 

Məhsulun ilk partiyası “Bərdə” bərəsinə yüklənib. İlk partiyanın həcmi 650 ton təşkil edib. İndiyədək 4,3 min tondan çox məhsul sisternlərə yüklənilib. Dekabr ayı üzrə 10-11 min ton paraksilolun nəqli nəzərdə tutulub. Yanvar ayından isə bu həcmin 30 min tona qədər artırılması planlaşdırılır ki, bu da il ərzində ümumilikdə 400 min tona yaxın təşkil edəcək. Bundan başqa, gələn ildən ayda 10 min ton benzol məhsulunun da nəqli nəzərdə tutulur.

 

Qazaxıstanda bu növ məhsulların daşınması üçün xüsusi vaqonlar olmadığından Rusiyadan 300 neft-kimya sisterni icarəyə götürülüb.

 

Atırau Neft Emalı Zavodunun yerləşdiyi rayonda neft-kimya məhsullarının yüklənilməsi üçün dəmir yolu estakadası quraşdırılıb.

 

Oktyabr ayının sonunda Atırau Neft Emalı Zavodu illik istehsal gücü 496 min ton təşkil edən Paramax qurğusunun istismara verilməsi ilə paraksilol məhsulunun sənaye istehsalına başlayıb. Zavodda paraksilolun saxlanması üçün ümumi tutumu təxminən 20 min kubmetr təşkil edən iki rezervuar quraşdırılıb.

 

Kulevi terminalında isə paraksilolun saxlanması və yüklənilməsi üçün hər birinin tutumu 20 min kubmetr olan iki rezervuar, benzolun saxlanılması üçün isə tutumu 10 min ton olan rezervuar hazırlanıb.

 

MƏZƏNNƏNİN DƏYİŞMƏSİNİ GƏLİRƏ ÇEVİRİN

 

© Report

25.12.2018 11:24

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ