Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Qəzaya uğrayan “Surov” gəmisində olan Azərbaycan vətəndaşlarının həyatı üçün təhlükə yoxdur

iç səhifə xəbər başlığı altı (mobil)_31
Qəzaya uğrayan “Surov” gəmisində olan Azərbaycan vətəndaşlarının həyatı üçün təhlükə yoxdur
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Krasnodar bölgəsinin Tamansk yarımadasında qəzaya uğrayan gəmidən xilas edilən və aralarında Azərbaycan vətəndaşları olan ekipaj üzvlərinin həyatı üçün təhlükə yoxdur.

 

Reklam_3_11

Dövlət Dəniz Agentliyinin mətbuat xidmətindən  bildirilib ki, bu gün Krasnodar bölgəsinin Tamansk yarımadasında baş verən güclü qasırğa nəticəsində Monqolustan bayrağı altında üzən “Surov” gəmisinin saya oturması barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyinin Milli Mərkəzinə məlumat daxil olub.

 

Məlumatda, həmçinin bildirilib ki, Türkiyənin İskenderun limanından Rusiyanın Qafqaz limanına doğru hərəkət edən “Surov” gəmisində olan 11 ekipaj üzvünün doqquzu Rusiya və ikisi Azərbaycan vətəndaşıdır. Azərbaycan vətəndaşlarının taleyi ilə maraqlanmaq məqsədilə Milli Mərkəz tərəfindən dərhal müvafiq tədbirlər görülüb.

 

Novorossiysk Dəniz Xilasetmə Koordinasiya Mərkəzi ilə mövcud sistem vasitəsilə əlaqə yaradılaraq məlum olub ki, güclü qasırğa nəticəsində gəmi saya oturub və gəmi kapitanı tərəfindən Novorossiysk Dəniz Xilasetmə Koordinasiya Mərkəzinə yardımla əlaqədar müvafiq qaydada müraciət daxil olub. Operativ şəkildə həyata keçirilən xilasetmə əməliyyatları nəticəsində ekipaj üzvləri təxliyə edilərək “Uyut” mehmanxanasında yerləşdiriliblər. Xilas edilənlər arasında xəsarət alan yoxdur.

 

Hazırda Azərbaycan vətəndaşı olan ekipaj üzvlərinin vətənə yola salınması üçün müvafiq sənədlərin rəsmiləşdirilməsi prosesi həyata keçirilir.

25.12.2018 15:44

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ