Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Mərkəzi Bank yeni pul siyasəti rejiminə keçəcək

iç səhifə xəbər başlığı altı (mobil)_31
Mərkəzi Bank yeni pul siyasəti rejiminə keçəcək
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Bir çox inkişaf etmiş ölkələr və inkişaf etməkdə olan ölkələrin təcrübəsi göstərir ki, inflyasiyanın hədəflənməsi rejimi qiymət sabitliyinin qorunması, inflyasiyanın aşağı və sabit səviyyədə saxlanılması üçün ən optimal rejimdir. Bunu nəzərə alaraq Mərkəzi Bank uzunmüddətli dövrə inflyasiyanın hədəflənməsi rejimini Azərbaycan üçün optimal pul siyasəti rejimi olaraq görür və rejimə keçid şərtlərinin reallaşdırılması istiqamətində işlər davam etdiriləcəkdir. 


“Marja”nın məlumatına görə, bu, Azərbaycan Respublikası Mərkəzi Bankının 2019-cu il və ortamüddətli dövr üçün pul siyasətinin əsas istiqamətləri barədə Bəyanatında deyilir 


Bəyanatda qeyd edilib ki, inflyasiyanın hədəflənməsi rejimində inflyasiya və inflyasiya gözləntiləri əsasən faiz dərəcələri vasitəsilə idarə olunur. Bu rejimdə pul siyasətinin iqtisadiyyata transmissiyanın birinci həlqəsində mərkəzi bankın siyasət faiz dərəcəsi banklararası bazarda qısamüddətli faizlərə təsir edir. Transmissiyanın ikinci həlqəsində isə qısamüddətli faizlər pulun uzunmüddətli dəyərinə təsir göstərməklə məcmu tələbi və bu əsasda inflyasiyanı dəyişdirir.


İnflyasiyanın hədəflənməsi rejiminin effektiv tətbiqi üçün zəruri şərtlərin mövcud durumu Azərbaycanda inflyasiyanın hədəflənməsi rejiminə mərhələli keçidi labüd edir. 


Yeni rejimə mərhələli keçid çərçivəsində pul siyasətinin alternativ lövbərinin formalaşdırılması istiqamətində səylər gücləndiriləcəkdir. Qabaqcıl təcrübəyə əsasən optimal alternativ lövbər rolunu banklararası bazarda qısamüddətli faizlər oynaya bilər. Bunun üçün pul bazarının aktivləşməsi, o cümlədən  qiymətli kağızlar bazarının dərinləşdirilməsi və banklararası pul bazarının inkişafına xidmət edən infrastruktur elementlərinin inkişafı istiqamətində işlər aidiyyatı orqanlarla birlikdə davam etdiriləcəkdir. Mərkəzi Bankın pul siyasəti alətlərinin yeni konfiqurasiyası da pul bazarının aktivləşməsini dəstəkləyəcəkdir. 


Azərbaycan Respublikası Prezidentinin 26 sentyabr 2018-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”nın həyata keçirilməsi yaxın 3 ildə ölkədə nağd pul dövriyyəsini əhəmiyyətli azaltmalıdır. Bu da monetar nəzarətin gücləndirilməsi, habelə iqtisadiyyatın monetizasiya səviyyəsinin yüksəldilməsi ilə inflyasiyanın effektiv idarə edilməsinə müsbət təsir göstərəcəkdir.   


Ortamüddətli dövrdə makroiqtisadi siyasətin hər hansı istiqamətinin dominantlığına yol verilməməsi və fiskal qaydaların kont-tsiklik tətbiqi potensialının inkişafı, bank sektorunun sağlamlaşdırılması və maliyyə vasitəçiliyinin gücləndirilməsi tədbirləri, habelə həyata keçirilməkdə olan struktur-institusional islahatlar da yeni pul siyasəti rejiminə keçidi sürətləndirəcəkdir.

28.12.2018 08:03

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ