Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Bakıda gölün içindən keçən yol açıldı - FOTOLAR

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bakıda gölün içindən keçən yol açıldı - FOTOLAR
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Dekabrın 28-də Böyükşor gölünün üzərində inşa edilən və paytaxtın Ziya Bünyadov prospekti ilə Balaxanı-Binəqədi avtomobil yolunu birləşdirən ümumşəhər əhəmiyyətli yeni avtomobil yolunun açılışı olub.

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib.

 

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyətinin sədri Saleh Məmmədov dövlətimizin başçısına layihənin texniki göstəriciləri barədə məlumat verib.

 

Ziya Bünyadov prospekti ilə Balaxanı-Binəqədi avtomobil yolunu birləşdirən, paytaxtın nəqliyyat sistemində mühüm əhəmiyyətə malik yeni yolun tikintisi 2017-ci ilin yanvarında və bu ilin mayında Prezident İlham Əliyevin imzaladığı sərəncamlara əsasən həyata keçirilib. Uzunluğu 2,7 kilometr olan yolun tikintisi yüksək keyfiyyətlə və sürətlə aparılaraq yekunlaşdırılıb. Yeni yol Böyükşor gölünün iki hissəyə bölünməsi məqsədilə çəkilən 1570 metr uzunluğundakı bəndin üzərindən keçir. Yeni yol dörd hərəkət zolaqlı olmaqla birinci texniki dərəcəyə uyğun inşa edilib. Yolboyu 16 yol nişanı quraşdırılıb. Yolun əvvəlində və sonunda uzunluqları 320 və 274 metr olan iki tunel də inşa edilib. Tunellərin hərəkət hissəsinin eni 28 metrdir. Tikinti işləri çərçivəsində yeni yolun giriş və çıxış hissələrində qovşaqlar da tikilib. Yol boyunca müasir işıqlandırma sistemi qurulub, dörd avtobus dayanacağı quraşdırılıb.

 

Qeyd edək ki, yeni avtomobil yolunun inşası nəticəsində sürücülər həm Xırdalan-Binəqədi-Balaxanı avtomobil yoluna, həm də Ziya Bünyadov prospektinə rahat çıxış əldə edəcəklər. Belə ki, avtonəqliyyat vasitələri “20 Yanvar” dairəsindən istifadə etmədən Xırdalan-Binəqədi-Balaxanı avtomobil yolu ilə Xırdalan dairəsi ərazisindən Xırdalan, Masazır qəsəbələrinə, həmçinin Sumqayıt şəhərinə və bu istiqamətdə yerləşən digər qəsəbələrə, bundan başqa, Binəqədi, Mehdiabad, Digah, Fatmayı, Göradil, Pirşağı qəsəbələrinə rahat hərəkət edəcək. Xırdalan-Binəqədi-Balaxanı avtomobil yolundan Zabrat-Maştağa avtomobil yoluna çıxmaqla isə bu istiqamətdə yerləşən qəsəbələrə rahat gediş-gəliş təmin olunacaq. Bundan başqa, həmin qəsəbələrin sakinlərinə Ziya Bünyadov prospektinə çıxmaqla şəhər mərkəzinə rahat və qısa yolla hərəkət etmək imkanı yaranacaq. Bununla da həm məsafə qısalacaq, həm vaxt itkisi azalacaq, xüsusilə də günün pik saatlarında istər Ziya Bünyadov prospektində, istərsə də Heydər Əliyev prospektinin metronun “Koroğlu” stansiyasının qarşısından keçən hissəsində müşahidə olunan nəqliyyat sıxlığı aradan qaldırılacaq.

28.12.2018 08:42

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ