Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Palata lisenziyalar ləğv etdi

iç səhifə xəbər başlığı altı (mobil)_31
Palata lisenziyalar ləğv etdi
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) İdarə Heyətinin qərarı ilə Ağalarov Mircamal Hüseyn oğluna sığorta agenti fəaliyyətinə lisenziya verilib, 4 fiziki şəxsin sığorta agenti fəaliyyətinə verilmiş lisenziyasının qüvvəsi 3 ay müddətinə dayandırılıb və 8 fiziki şəxsin sığorta agenti fəaliyyətinə verilmiş lisenziyası məcburi qaydada ləğv edilib.

 

Palatadan verilən məlumata görə, “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun (Qanun) 86.1-ci maddəsinə və Palatanın Nizamnaməsinin 4.10.5-ci yarımbəndinə əsasən Palatanın İdarə Heyətinin 26 dekabr 2018-ci il tarixli qərarı ilə attestasiyadan müvəffəqiyyətlə keçən Ağalarov Mircamal Hüseyn oğluna sığorta agenti fəaliyyətinə müddətsiz lisenziya verilib.

 

İdarə Heyətinin eyni qərarı ilə 2018-ci ilin 3-cü rübü üzrə maliyyə bazarlarına nəzarət orqanına müəyyən olunmuş formada hesabatın təqdim edilməməsi ilə bağlı qanunun 106.1.10-cu maddəsinə və Palatanın Nizamnaməsinin 4.10.5-ci yarımbəndinə müvafiq olaraq 4 fiziki şəxsin (siyahı əlavə olunur) sığorta agenti fəaliyyətinə verilmiş lisenziyasının qüvvəsi 3 ay müddətinə dayandırılıb.

 

Fəaliyyətləri barədə rüblük hesabatları təqdim etməyən və bu səbəbdən lisenziyalarının qüvvəsi dayandırılmış şəxslər tərəfindən lisenziyanın qüvvəsinin dayandırılmasına əsas verən halların aradan qaldırılmaması ilə əlaqədar qanunun 107.1.2-ci maddəsinə və Palatanın Nizamnaməsinin 4.10.5-ci yarımbəndinə müvafiq olaraq 7 fiziki şəxsin sığorta agenti fəaliyyətinə verilmiş lisenziyaları İdarə Heyətinin qərarı ilə ləğv edilib.

 

Əzizov Bayram Əli-Əkpər oğlunun fəaliyyəti dövründə əldə etdiyi sığorta sirri hesab edilən məlumatların digər şəxslərə açıqlaması ilə əlaqədar qanunun 107.1.7-ci maddəsinə və Palatanın Nizamnaməsinin 4.10.5-ci yarımbəndinə müvafiq olaraq Əzizov Bayram Əli-Əkpər oğluna sığorta agenti fəaliyyətinə verilmiş 12 mart 2013-cü il tarixli 000894 nömrəli lisenziya İdarə Heyətinin qərarı ilə ləğv edilib. 

28.12.2018 11:01

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ