İran Azərbaycanda Ticarət Mərkəzi açacaq
"Azərbaycan və İran arasında əlaqələr strateji səviyyədədir". Bunu İranın sənət, mədən və ticarət nazirinin müavini və Ticarətin İnkişafı Təşkilatının sədri Müctəba Xosrovtac deyib.
Onun sözlərinə görə, tərəflərin əsas məqsədi iqtisadi əlaqələrin qurulmasının asanlaşdırılmasıdır: "İran Azərbaycanla əlaqələrini inkişaf etdirmək üçün ciddi səylər göstərir. Ölkələrimiz arasında əlaqələr strateji səviyyədədir. Hökumətlərarası Komissiya qarşıya qoyulan hədəflərə çatmaq üçün lazımi addımlar atır. Bilirsiniz ki, İrana qarşı sanksiyalar tətbiq olunmazdan öncə iş adamlarımız Azərbaycanın sənaye və istehsal sahələrinə ciddi yatırımlar etdi. Lakin sanksiyalar ucbatından iş adamlarımız ciddi problemlərlə üzləşdi və biznesini inkişaf etdirə bilmədi. İndi isə yeni şərtlər əsasında əməkdaşlıq etməyə başlamışıq. Yatırım üçün yaxşı şərait mövcuddur və biz bunda qərarlıyıq".
Yeri gəlmişkən, İranın Ticarətin İnkişafı Təşkilatı altı ölkədə Ticarət Mərkəzi açmağı planlaşdırır ki, bu ölkələr arasında Azərbaycanda var. Bildirilir ki, Azərbaycan-İran Ticarət Mərkəzi özəl sektoru dəstəkləməyi qarşısına hədəf qoyub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
54 d. əvvəl
Vaşinqtonda "Rabitəbank" və “Bank of New York Mellon” arasında ikitərəfli görüş keçirilib
- 1 saat əvvəl
-
4 saat əvvəl
Bakı Fond Birjası “2024-2026-cı illər üzrə Strateji İnkişaf Planı”nı təqdim etdi
- 4 saat əvvəl
-
4 saat əvvəl
SOCAR və “Qazprom”un prezidentləri qaz sahəsində əməkdaşlığı müzakirə edib
-
4 saat əvvəl
“Rox Motor” avtomobil brendi artıq rəsmi olaraq Azərbaycanda!
-
5 saat əvvəl
Sahəsi 2 hektar olan qum-çınqıl yatağı cəmi 14 min manata şirkətin istifadəsinə verildi
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
6 saat əvvəl
"Əlavə sərmayə qoyuruq ki, Avropa ölkələrini qaz təchizatı məsələsində dəstəkləyək"
-
6 saat əvvəl
bp şirkəti Dərinsulu Günəşli platformasında hasilatı müvəqqəti dayandırır