Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

“Sığorta Bazarının İnkişafına dair Təhlil və Təkliflər” sənədi hazırlanıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Sığorta Bazarının İnkişafına dair Təhlil və Təkliflər” sənədi hazırlanıb

Azərbaycan Sığortaçılar Assosiasiyası İctimai Birliyinin (Birlik) təşkilatçılığı ilə Azərbaycan sığorta bazarının inkişaf istiqamətlərinin müəyyən olunması və dayanıqlı inkişafına töhfə vermək məqsədilə “Sığorta Bazarının İnkişafına dair Təhlil və Təkliflər” sənədi hazırlanıb.

 

ASA-dan "Marja"ya daxil olmuş məlumatda bildirilir ki, sənədin hazırlanması istiqamətində 1 Noyabr tarixindən etibarən başlayaraq iki ay davam edən, Birliyin nümayəndələri, sığorta şirkətlərinin rəhbər şəxsləri və mütəxəssisləri, İcbari Sığorta Bürosunun nümayəndələri, sığorta vasitəçilərinin rəhbər şəxsləri və sahə üzrə ekspertlərin iştirakı ilə yaradılan işçi qrupunun intensiv görüşləri keçirilib. İşçi qrupunun görüşlərinin yekunu olaraq sığorta bazarının təhlili, sığorta növləri üzrə statistik göstəricilər, ayrı-ayrı sığorta növləri üzrə “SWOT” analiz və həmin növlər üzrə təklifləri, eyni zamanda, ümumi sığorta bazarının inkişafına dair təklifləri özündə ehtiva edən 53 səhifəlik geniş tərkibli sənəd hazırlanaraq Birlik adından maliyyə bazarlarına nəzarət orqanına təqdim edilib.

 

“Sığorta Bazarının İnkişafına dair Təhlil və Təkliflər” sığorta bazarının gələcək fəaliyyət planı, sığorta bazarında görüləcək işlər, sığorta sektorunda mövcud problemlərin aşkarlanması yolu ilə onların həlli yollarının müəyyən edilməsi və buna dair təkliflərin müvafiq qurumlar tərəfindən həyata keçirilməsinin təmin edilməsini hədəfləyir.

29.12.2018 12:04

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ