Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Azərbaycanın zavodlar kompleksi yeni sistemə keçir

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanın zavodlar kompleksi yeni sistemə keçir
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Zavodlar kompleksi olan Sumqayıt Texnologiyalar Parkı SAP ERP (Enterprise Resource Planning/Müəssisə Resurslarının Planlaması) sisteminə keçir. 

 

Reklam_3_11

STP-nin Layihələrin İdarə edilməsi, İnformasiya Texnologiyaları və Maliyyət departamenti Enterprise Solutions Consulting Group LLC - www.es-cg.info  şirkəti ilə bu istiqamətdə çalışmalara başlayıblar.

 

"Günü-gündən böyüyən, satışları  artan STP-nin daha effektiv  proqram təminatına ehtiyacı yaranıb. Yeni sistemin tətbiqin köməyi ilə  şirkət  baş ofis də daxil olmaqla, 12 zavodun fəaliyyətini vahid mərkəzdən, avtomatlaşmış şəkildə  idarəetmə və nəzarət  imkanı əldə edəcək. Bundan başqa  SAP ERP proqramı qərar qəbuletmə prosesini, daxili və xarici auditlərin aparılmasını  sadələşdirəcək. Bütün bunlar şirkətin biznes proseslərinin səmərəlilik faizinin yüksəlməsinə səbəb olacaq", - STP-nin məlumatında deyilir.

  
Qeyd edək ki, ERP sistemi müəssisələrin biznes proseslərinin vahid  mərkəzdən avtomatlaşmış şəkildə  idarəetməyə  imkan verən  proqram təminatıdır.   ERP proqramları şirkətlərin  maddi,  maliyyə və insan resursları üzrə hesabatlılığı təmin etmək, sənəd dövriyyəsini  sürətləndirmək üçün  əvəzolunmazdır.  Bu cür proqramlar  şirkətdə  şəffaflığı artırmaq baxımından da  çox  önəmlidir.


Sumqayıt Texnologiyalar Parkı (STP) regionda texnoparkların yaradılmasında pioner olmaqla, müxtəlif istehsalat sahələri üzrə ixtisaslaşmış nəhəng zavodlar kompleksidir. Park 2009-cu il dekabr ayının 22-də dövlət başçısı İlham Əliyev tərəfindən istismara verilib. Hazırda  STP-də  mövcud  olan 13 zavodda 30-dan çox  istehsal sahəsi fəaliyyət göstərir.  Bu sahələr  neft və qaz, tikinti, energetika və kənd təsərrüfatı sahələri üçün  geniş  çeşiddə  məhsullarla  təmin edir.  Kabel, Polimer boru,  elektrik avadanlıqları,  metal konstruksiyalar, qəliblər, press formalar və  ştamplar bu məhsullardandır. 

 

04.01.2019 08:09

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ