Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Azərbaycan Avropaya nar ixracını artırmaq niyyətindədir

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycan Avropaya nar ixracını artırmaq niyyətindədir

Azərbaycan 2019-cu ildə xarici ölkələrə nar ixracını artırmaq niyyətindədir.

 

Reklam_3_11

Bunu Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Fərhad Qaraşov deyib. Assosiasiya sədrinin sözlərinə görə, bu meyvə hazırda MDB ölkələrinə daha çox ixrac olunur:

 

“Azərbaycanda yetişdirilən nar sortlarından əsasları "Gülöyşə", "Bala mürsəl", "Qırmızıqabıq" və "Viləş"dir. Bu sortlar arasında həm soyuducuda qalma, həm də zədələnməyə davamlılıq baxımından ixrac üçün ən əlverişli olanı "Viləş"dir. Dünya praktikasında bu sorta “wonderful” (gözəl) adı da verilib. Onun qabığı qalın, dənələri isə turşaşirin olduğuna görə xarici ölkələrdə bu sorta daha çox tələbat var”.

 

F.Qaraşov bildirib ki, nardan emal edilmiş Azərbaycan məhsulları dünyanın bir çöx ölkələrində satılır:

 

“Assosiasiyanın üzvləri olan "Gilan Holding", "Azərsun", "AzNar" və "AzGranata" kimi şirkətlər Avropanın bir çox ölkələrinə, o cümlədən Kanada və ABŞ-a nardan hazırlanmış məhsullar ixrac edirlər. Bu gün Azərbaycan narı Rusiya, Gürcüstan və Ukraynaya geniş şəkildə ixrac edilir. Avropaya ixrac isə aşağı səviyyədədir, ancaq 2019-cu ildə bu rəqəmləri artırmaq niyyətindəyik”.

 

PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!

 

 © Trend

04.01.2019 15:32

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ