Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Tramp hökumətin aylarla bağlı qalmasına hazırdır

iç səhifə xəbər başlığı altı (mobil)_31
Tramp hökumətin aylarla bağlı qalmasına hazırdır
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Tramp, ABŞ Konqresinin nümayəndələri ilə görüşünün ardınca açıqlama verib.

 

Reklam_3_11

Nyu York senatoru Demokrat Chuck Schumerin "Prezident hökumətin aylarla, hətta illərcə bağlı qala biləcəyini söylədi" açıqlamasını xatırladılan Tramp, "Bəli bunu söylədim. O qədər uzun qalacağını zənn etmirəm, amma buna hazırım" ifadələrini istifadə edib.

 

Meksika sərhədindən ABŞ-a cinayətkarların və insan ticarətçilərinin qeyri-qanuni yollarla girdiyini bildirən Tramp, "Bu ciddi bir milli təhlükəsizlik mövzusudur. Oyun oynamırıq, bunu etmək məcburiyyətindəyik" deyib.

 

Konqres büdcədə divar tikmək üçün Trampun istədiyi vəsaiti ayırmadığı üçün başlayan böhran, büdcənin təsdiqlənməməsi ilə hökumətin qismən bağlanmasına gətirib çıxarmışdır.

 

Federal hökumətin bağlanmasından 14 gün keçməsinə baxmayaraq hələ Ağ Ev ilə Konqresdəki Demokratlar arasında bir razılaşma təmin edilməyib. 

 

Tramp açıqlamasında Meksika sərhədinə hörüləcək divarın poladdan olacağına vurğulayıb.

 

Ağ Evdəki mətbuat konfransında bu mövzuya da toxunan Tramp, poladın daha möhkəm olacağını bildirib. Tramp, "Polad şirkətlərimiz işsiz idi, mən gəldiyimdə indi möcüzəvi bir şəkildə canlanırlar" ifadəsini istifadə edib.

07.01.2019 05:28

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ