Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Dollar Fed ilə 2 ayın ən aşağı səviyyəsinə düşdü

iç səhifə xəbər başlığı altı (mobil)_31
Dollar Fed ilə 2 ayın ən aşağı səviyyəsinə düşdü

Beynəlxalq bazarlarda Dollar, ABŞ və Çin arasında ticarət danışıqlarının başlaması və Fed-in faiz artırmağa fasilə verəcəyi ehtimalı ilə ucuzlaşır.
 
 

"Marja" xəbər verir ki, Dolların qiyməti mühüm valyutalar qarşısında iki ayın ən aşağı səviyyəsinə enib.
 

ABŞ-ın pul vahidinin G-10 ölkələrinin pulları qarşısındakı gedişini göstərən Bloomberg Dollar İndeksi, Fed sədri Jerome Pauellin mərkəzi bankın ABŞ iqtisadiyyatı zəifləyərsə faiz artırmağa fasilə verə biləcəklərinə işarə etməsinin ardından 0.3 faiz geriləyib və 18 Oktyabrdan bu yana ən aşağı səviyyəsini görüb.

 

Hazırda İndeks 1188.83 səviyyəsindədir. 
 
 
Analitiklər bildirirlər ki, Dollar "etibarlı liman" pul vahidi olaraq güclü qalır, ancaq belə bir şəraitdə, yəqin ki Yen xaric, digər valyutalar qarşısında təbii olaraq düşür. Fed-in mesajında Cümə günkü dəyişiklik ABŞ valyutası üzərində təzyiq yaradır.
 
 
Dollar/yen məzənnəsi, erkən saatlarda 0.3 faiz qədər yüksəldikdən sonra 0.3 faiz düşərək 108.21 səviyyəsinə enib.

 

Avro/Dollar məzənnəsi 0,23% artaraq 1.1427 səviyyəsinə qalxıb (Avro bahalaşıb, Dollar ucuzlaşıb.)

07.01.2019 07:30

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ