Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Audi 2025-də 800 minə yaxın elektrikli model satmaq niyyətindədir

iç səhifə xəbər başlığı altı (mobil)_31
Audi 2025-də 800 minə yaxın elektrikli model satmaq niyyətindədir

(®) Audi AG 2025-ci ildə 800.000-ə yaxın tam elektrik və hibrid model satmaq niyyətindədir. Bunu İllik Toplantıda Audi AG-nin İdarə Heyəti bildirib. 

 

Reklam_3_11

Məlumata görə, hər üç müştəridən biri e-modelə üstünlük verəcək və 2025-ci ilədək hər modelin elektrikləşmiş variantının istehsal olunması planlaşdırılır.

 

“Hər zaman “Vorpsprung durch Technik” (Texnoloqiyadan öndə) şüarına əməl edəcəyik” -  İdarə Heyətinin Sədri Rupert Stadler bildirib. Həmçinin cənab Stadler bildirib ki, Audi AG-nin məqsədi – mobilliyi inqilabiləşdirərək, elektrik modellərin istehsalında nömrə bir olmaqdır. Gündəlik həyatda istifadədə rahat, keyfiyyətli və sürücülərin avtomobili idarə etməkdən zövq almasını təmin etmək Audi brendinin strategiyasında prioritetdir.

 

Audi e-tron prototipi bir başlanğıc idi, 2025-ci ildə premium marka öz portfelinin “elektrikləşməsini” tamamlamağı planlaşdırır. 2025-ci ilə kimi 20 elektrik model istifadəyə veriləcək.

 

2020-ci ildə Audi elektrik premium yığcam seqment modelini də təqdim etmək niyyətindədir.

 

Azərbaycanda da e-tron avtomobillərin istifadəsi gələcəkdə planlaşdırılır. İnsanların elektrik avtomobillərə öyrəşməsi zaman tələb edəcək, lakin faydasını çox qısa bir zamanda görəcəklər. Elektron avtomobillər həm sağlamılığımızın, həm ətraf mühitin qayğısına qalaraq, sağlam gələcəyə öz tövhəsini verir.

07.01.2019 08:44

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ