Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

"Şahdəniz"dən qaz hasilatı 100 milyard kub metrə çatdı

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Şahdəniz"dən qaz hasilatı 100 milyard kub metrə çatdı

Şahdəniz 100 milyard kubmetr ümumi qaz hasilatını qeyd edir  

 

Bu günlər Şahdəniz yatağından ümumi qaz hasilatı 100 milyard kub metrə çatıb. BP-Azərbaycan şirkətindən “Marja”ya daxil olmuş məlumaat görə, bu nailiyyət yataqdan ilk kommersiya qaz həcmlərinin hasilatına başlandığını və Cənubi Qafqaz Boru Kəmərinin işə düşdüyünü elan etdiyimiz vaxtdan tam 12 il sonra əldə edilib.

 

15 dekabr 2006-cı ildə elan edilmiş ilk hasilat yatağın işlənməsinin 1-ci mərhələsinin başlanğıcı idi və o vaxtdan bəri qaz həcmləri uğurla və etibarlı şəkildə Azərbaycan, Gürcüstan və Türkiyə bazarlarına çatdırılır.

 

2018-ci il isə Şahdəniz layihəsi üçün növbəti əlamətdar hadisə ilə yadda qaldı. Planlaşdırıldığı kimi, 30 iyun tarixində Şahdəniz 2 çərçivəsində Türkiyəyə kommersiya qaz həcmlərinin nəqlinə başlandı və iyulun sonunda Şahdəniz Bravo platformasından ilk qaz əldə edildi.

 

2006-cı ildən bəri Şahdəniz yatağından ümumilikdə həmçinin 196 milyon bareldən artıq kondensat hasil edilib.

 

Hazırda Şahdəniz yatağından hasilat Alfa platformasında təqribən 10, Bravoda isə 6 quyudan əldə edilir.

 

Faktlar və rəqəmlər

 

Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən Şahdəniz bu günədək BP-nin dünyada kəşf etdiyi ən böyük qaz yatağıdır. Bu nəhəng yataq təxminən 860 kilometr ərazini əhatə edir. Yataq 1999-cu ildə aşkar edilib.

 

Bütün Şahdəniz yatağında hesablanmış ilkin geoloji qaz ehtiyatı təxminən 1 trilyon kubmetrdən artıq və kondensat ehtiyatı isə 2 milyard barel təşkil edir.

 

Şahdəniz 2 ilk dəfə olaraq Xəzər qazını Avropa bazarına çıxaracaq yeni Cənub Qaz Dəhlizinin başlanğıc nöqtəsidir. Sabit pik hasilat zamanı bu layihənin mövcud hasilat həcmlərinə ildə 16 milyard kubmetr qaz əlavə edəcəyi gözlənilir. Şahdəniz yatağının ümumi hasilat həcmi ildə 26 milyard kubmetr qaz və gündə 120 000 barel kondensat səviyyəsinə çatacaq.

 

Şahdəniz 2 çərçivəsində Xəzər dənizində ilk dəfə yatağın suyun altında işlənməsi reallaşdırılır və bu, BP şirkətinin bu vaxtadək dünyada operatoru olduğu ən iri dəniz infrastrukturudur.

07.01.2019 11:26

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ