Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Azərbaycanlı böyük otellər şəbəkəsində vəzifəyə təyin edilib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanlı böyük otellər şəbəkəsində vəzifəyə təyin edilib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycanın turizm və otelçilik üzrə tanınmış mütəxəssislərindən biri olan İlkin Rüstəmov dünyanın qabaqcıl otel şəbəkələrindən olan "Serena Hotels Group"da vəzifəyə təyin edilib.  Bu barədə "Marja"ya İlkin Rüstəmov özü məliumat verib.

 

Reklam_3_11

Bu qrup öz idarəçiliyində dünya üzrə 40-dan artıq lyuks sinfinə daxil olan otellər şəbəkəsini birləşdirir. İlkin Rüstəmov "Serena Hotels Group"un Tacikistanın paytaxtı Duşanbə şəhərində yerləşən və bu ölkənin ən prestijli otel-turizm kompleksi olan "Serena Hotel Dushanbe"nin Satış və Marketinq departamentinin direktoru vəzifəsinə təyin olunub.

 

Xatırladaq ki, İlkin Rüstəmov bundan öncə Azərbaycanda "Fairmont Hotels", "Rixos Hotels", "Absheron Hotel Group" and "PMD Hospitality Group"da Satış və Marketinq üzrə müxtəlif rəhbər vəzifələrdə çalışmışdır. O, həmçinin çoxsaylı beynəlxaq turizm sərgilərinin iştirakçısı olmuşdur və ölkəmizin turizm potensialının tanıdılması üzrə fəal turizm peşəkarlarından biridir.

09.01.2019 06:53

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ