Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

DGK sahibkarlara süni maneələrin yaradılması ilə bağlı məlumatlara münasibət bildirdi

iç səhifə xəbər başlığı altı (mobil)_31
DGK sahibkarlara süni maneələrin yaradılması ilə bağlı məlumatlara münasibət bildirdi
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Ölkəyə kartof idxal edən bir qrup Azərbaycan vətəndaşının ümumi çəkisi 350 tondan artıq olan yükü 15 gündən artıqdır ki, Dövlət Gömrük Komitəsi tərəfindən hər hansı rəsmi səbəb göstərilmədən saxlanılıb.
 

Dövlət Gömrük Komitəsindən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət ünvanlanılıb.

Reklam_3_11

 

Gömrükdə yüklərinin sifarişlə saxlanıldığını güman edən yük sahiblərinin müraciətini sizə təqdim edirik:
 

"Cənab Prezident!

Sizin başladığınız dərin iqtisadi islahatlar hər bir Azərbaycan vətəndaşında olduğu kimi, bizdə də böyük inam oyadır. Son vaxtlar iqtisadi islahatların daha da dərinləşməsi, vergi və gömrük sahəsində çoxsaylı dəyişikliklərin edilməsi, bir çox prosedurların sadələşdirilməsi bizi hədsiz ümidləndirdi.

Nəticədə biz də ölkədə böyük vüsət alan iqtisadi islahatlara güvənib, bir neçə şəxs bir araya gələrək, Rusiyadan Azərbaycana kartof idxal etmək qərarına gəldik. Gömrük Komitəsi sədrinin verdiyi açıqlama və bəyanatlar da bizi ruhlandırdı. Biz şirkət sahibi olmadığımız üçün, idxal etdiyimiz məhsulu rəsmi qeydiyyatdan keçmiş və Azərbaycan qanunvericiliyinə uyğun fəaliyyət göstərən şirkətlərdən birinin adı ilə rəsmiləşdirdik. Sənədlər tam qanunidir və heç bir qanun pozuntusu yoxdur. Lakin 2018-ci ilin 23 dekabr tarixində ölkəyə daxil olan, ümumi çəkisi 350 ton təşkil edən məhsulumuz Dövlət Gömrük Komitəsi tərəfindən qeyri-qanuni saxlanılıb. Artıq 15 gündən artıqdır ki, məhsulumuz Gömrük Komitəsinin Abşeron terminalında saxlanılır və bizə təhvil verilmir. Komitəyə saysız-hesabsız müraciətlərimizə baxmayaraq, bizə nə rəsmi səbəb göstərilir, nə məhsulumuzun heç olmasa geri qaytarılmasına qərar verilir, nə də hansısa ağlabatan cavab verilir. Məhsullarımız xarab olma təhlükəsi ilə üz-üzədir. Bundan başqa, 5 vaqon və bir yük maşınının Gömrükdə saxlanılmasına görə, bizə hər gün ortalama 1500 manat cərimə yazılır.

 

Cənab Prezident!

 

Gömrük Komitəsindən ümidimiz tam üzüldüyünə görə, Sizə müraciət etmək məcburiyyətindəyik. Son ümidimiz Sizsiniz. Xahiş edirik, bizə yardım edəsiniz. Yaranan şərait onu deməyə əsas verir ki, məhsullarımız hansısa sifariş əsasında saxlanılıb və məqsəd bizi tamamilə müflis etməkdir. Əks halda Gömrük Komitəsi hər hansı rəsmi cavab verər və ya səbəb göstərərdi.

 

Bizim müflis olmağımız, hər birimizin həyat şəraitinin yaxşılaşdırılması üçün səy göstərdiyimiz ailələrimizin, yaxınlarımızın- ən azı 150 nəfərin çörəksiz qalması deməkdir.

 

Biz doğrudan da bizimlə bağlı yaranan şəraiti anlaya bilmir, tam nə baş verdiyini, Gömrük Komitəsinin kimlərin sifarişi ilə və ya hansı hüquqi əsasla məhsullarımızı saxladığnı başa düşmürük.

 

Cənab Prezident! Bizi xilas edin!"

Müraciəti Qasımov Vasif İsmayıl oğlu, Nadirov Emin Soltan oğlu, Cəfərov İlqar Südgül oğlu, İsgəndərov Elnur Zinəddin oğlu və Umudov Röyal Həsənağa oğlu imzalayıblar.

 

 

 

Dövlət Gömrük Komitəsinin məsələyə münaibət bildirib.

 

Dövlət Gömrük Komitəsinin sahibkarlara süni maneələr yaratmasına dair həqiqətə uyğun olmayan məlumatlar yayılıb.

 

Komitədənverilən məlumata görə, Qasımov Vasif İsmayıl oğlu, Nadirov Emin Soltan oğlu, Cəfərov İlqar Südgül oğlu, İsgəndərov Elnur Zinəddin oğlu və Umudov Röyal Həsənağa oğlu tərəfindən imzalanan müraciətdə həmin şəxslər ötən ilin dekabr ayının 23-də Rusiyadan ölkəyə kartof idxal etdiklərini və bu məhsulun guya gömrük orqanları tərəfindən qeyri-qanuni olaraq saxlanıldığını və təhvil verilmədiyini iddia edir.

 

Qeyd edək ki, adları çəkilən şəxslərin müraciətə əlavə etdikləri sənədlərdən aydın olur ki, idxal etdikləri mal “NB GROUP” MMC tərəfindən ölkəyə gətirilib. Müraciətlərində şirkətlərini “rəsmi qeydiyyatdan keçmiş və Azərbaycan qanunvericiliyinə uyğun fəaliyyət göstərən şirkətlərdən biri” kimi təqdim etsələr də, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin “NB GROUP” MMC-yə ünvanlandığı 21 dekabr 2018-ci tarixində keçirilən məhkəmə iclasının Qərardadında yazılanlar sahibkarların dediyi ilə üst-üstə düşmür.

 

Qərardaddan aydın olur ki, “NB GROUP” ASC adlı hüquqi şəxsin nümayəndəsi 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə “NB GROUP” MMC-yə qarşı ona məxsus adın oxşarından istifadə etdiyinə, bu ad altında satışla məşğul olduğuna və bununla da şirkətə 200000 min manat zərər vurduğuna dair iddia ərizəsi ilə müraciət edib.

 

Həmin iddia ərizəsi əsasında 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin çıxardığı Qərardadda qeyd edilir ki, cavabdeh “NB GROUP” MMC tərəfindən gömrük nəzarəti orqanlarında iddiaçının istifadəsində müstəsna hüququ olan “NB GROUP” ASC-nin oxşarı adı altında Azərbaycan Respublikasına idxal və ixrac olan malların keçirilməsi cavabdehə və üçüncü şəxslərə qadağan edilsin, həmçinin “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 58-ci maddəsində nəzərdə tutulmuş ardıcıllıqla iddia tələbi həcmində həbs qoyulsun.

 

Göründüyü kimi, gömrük orqanları məhkəmənin Qərardadını icra edib. Məhkəmənin qərarını icra etmək isə inhisarçılığa şərait yaratmaq demək deyil.

 

Gömrük orqanlarının fəaliyyətini şübhə altına alan məlumatları hər hansı rəsmi mövqe öyrənmədən yayımlayanlara gəlincə isə, bildirmək istəyirik ki, Dövlət Gömrük Komitəsi, onun əməkdaşları ucuz böhtan, yalan və şantajla deyil, qanunvericiliyə uyğun şəkildə fəaliyyət göstərir".

 

09.01.2019 12:54

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ