Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

"Biq Mak" indeksinə görə Manatının real məzənnəsi nominal məzənnəsindən 2,4 dəfə çoxdur

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Biq Mak" indeksinə görə Manatının real məzənnəsi nominal məzənnəsindən 2,4 dəfə çoxdur

Böyük Britaniyanın "The Economist" nəşri ənənəvi "Biq Mak" indeksini açıqlayıb. 

 

Reklam_3_11

Bu indeksə əsasən, Azərbaycan manatının real məzənnəsi nominal məzənnəsini 2 dəfədən çox üstələyir. 

 

Qeyd edək ki, indeks ABŞ-ın "McDonalds" şirkətinin dünyanın müxtəlif ölkələrində yerləşən restoranlar şəbəkəsində satılan məşhur hamburgerin qiyməti əsasında tərtib edilir. Ekspertlər hesab edir ki, bütün dünyada hamburqerin istehsalına çəkilən xərclər bir-birindən fərqlənmir və buna görə də "Biq Mak"ın köməkliyi ilə alıcılıq qabiliyyətli pariteti əsasında hər bir ölkənin milli valyutasının real dəyərini öyrənmək olar. 

 

Bunun üçün müqayisə bazası kimi ABŞ-da satılan "Biq Mak"ın qiyməti götürülür. Hazırda həmin qiymət 5,6 ABŞ dollarıdır. Əgər hər hansı ölkədə "Biq Mak"ın dollar ifadəsində bundan bahadırsa, deməli, həmin ölkənin pulunun real dəyəri nominal dəyərindən aşağı, əgər ucuzdursa, həmin ölkənin pulunun real dəyəri nominal dəyərindən yuxarıdır. 

 

Məsələn, hazırda Azərbaycanda "Biq Mak" 3,95 manata və yaxud 2,3 dollara satılır. Bu isə o deməkdir ki, "Biq Mak" indeksinə görə, Azərbaycan manatının real məzənnəsi nominal məzənnəsindən 2,4 dəfə çoxdur. 

 

PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!

 

© Report

11.01.2019 09:07

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ