Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

“Türk Hava Yolları” ötən il 75 milyondan çox sərnişin daşıyıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Türk Hava Yolları” ötən il 75 milyondan çox sərnişin daşıyıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“Türk Hava Yolları” aviaşirkəti ötən ilin dekabr ayında sərnişin və yük dövriyyəsi üzrə göstəricilərini açıqlayıb. Hesabat ayında aviaşirkətin yüklənmə səviyyəsi  80,2% təşkil edib. İniş ilin təsirini nəzərə alaraq, sərnişinlərin sayı, kreslo-kilometrlərin sayı və yüklənmə səviyyəsində artım Türkiyəyə və “Türk Hava Yolları”na marağın artmasının mühüm göstəricisidir.

 

Dekabr ayında sərnişin axınının artımı davam edib. Belə ki, dekabrda daşınan sərnişinlərin ümumi sayı 1% artaraq 5,5 milyona çatıb. Yüklənmə səviyyəsi isə 80,2%-dək artıb.

 

2018-ci ilin dekabr ayında reyslərin ümumi yüklənmə səviyyəsi 0,5 faiz bəndi artıb. Beynəlxalq reyslər üzrə yüklənmə səviyyəsi 0,5 faiz bəndi artaraq 80%-ə, daxili reyslər üzrə yüklənmə səviyyəsi isə 84%-ə çatıb. Hesabat ayında beynəlxalq tranzit sərnişinlərinin sayı təxminən 3%, tranzit sərnişinlər istisna olmaqla, beynəlxalq sərnişinlərin ümumi sayı 8% artıb.

 

Dekabr ayında daşınan yüklərin/poçtun həcmi üzrə ikirəqəmli artım davam edib və bu göstərici 2017-ci ilin eyni ayı ilə müqayisədə 20% artıb. Artım əsasən Afrika (33%), Şimali Amerika (33%), Uzaq Şərq (17%) və Avropa ölkələri (17%) hesabına baş verib. Dekabr ayında Afrika yüklənmə səviyyəsi müvafiq olaraq 2,5 faiz bəndi, Şimali Amerika, Orta və Uzaq Şərq ölkələri üzrə isə 1 faiz bəndi artıb.

 

Ötən ilin yanvar-dekabr aylarında tələbat və sərnişinlərin ümumi sayı əvvəlki ilin analoji dövrü ilə müqayisədə müvafiq olaraq 10% artıb. Hesabat ilində aviaşirkət tərəfindən 75,2 milyon sərnişin daşınıb ki, bu da 2017-ci illə müqayisədə 9,6% çoxdur.

 

Yanvar-dekabr aylarında reyslərin ümumi yüklənmə səviyyəsi 3 faiz bəndi artaraq 82%-ə çatıb. Beynəlxalq aviareyslər üzrə yüklənmə səviyyəsi 3 faiz bəndi artaraq 81%-ə, daxili reyslər üzrə yüklənmə səviyyəsi isə təqribən 1 faiz bəndi artaraq 85%-ə çatıb. Hesabat dövründə beynəlxalq aviareyslər üzrə sənişindaşıma (tranzit sərnişinlər istisna olmaqla) 12% artıb.

 

Ötən il ərzində daşınan yüklərin/poçtun həcmi 25% artaraq 1,4 milyon tondan çox olub.

14.01.2019 12:28

Müştərilərin xəbərləri

Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ