Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

Azərbaycan Rusiyanın iri şəhərlərində şərab və çay evləri şəbəkəsi açacaq

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycan Rusiyanın iri şəhərlərində şərab və çay evləri şəbəkəsi açacaq

Azərbaycan Rusiyada ticarət evləri şəbəkəsi formalaşdırmaq niyyətindədir.

 

Bunu Azərbaycanın Rusiyadakı ticarət nümayəndəsi Ruslan Əliyev deyib.

 

Onun sözlərinə görə, hazırda texniki-iqtisadi əsaslandırma işləri hazırlanır ki, bu, təsdiq olunduqdan sonra işlər daha da fəal həyata keçiriləcək:

 

“İstisna deyil ki, işlər dövlət və özəl tərəfdaşlıq əsasında icra olunacaq və bununla əlaqədar biz bu prosesə biznesmenlərimizi cəlb edəcəyik. Yaxın perspektivdə isə biz Azərbaycanın şərab və çay evlərini açmağı planlaşdırırıq. Bu halda söhbət şərab və çay məhsullarının satılacağı butiklərdən gedir”.

 

Bu evlərin yerləri barədə danışan R.Əliyev deyib ki, bu istiqamətdə daşınmaz əmlak agentlikləri ilə işlər aparılır, təkliflər öyrənilir:

 

“Şərab və çay evlərininn Moskva, Yekaterinburq və Sankt-Peterburqda açılması nəzərdə tutulur. Azərbaycanın çay məhsulları Rusiya bazarında bir neçə ildir ki, təmsil olunur. Şərab məhsullarına gəldikdə isə, ucuz şərab seqmentindən fərqli olaraq yerli premium tipli şərab Rusiya bazarında bri az əvvəl peyda olub”.

 

© Trend

14.01.2019 19:08

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ