Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

“ABB – Gürcüstan”-ın 10 yaşı tamam olur

iç səhifə xəbər başlığı altı (mobil)_31
“ABB – Gürcüstan”-ın 10 yaşı tamam olur

Azərbaycan Beynəlxalq Bankının törəmə müəssisələrindən olan “Azərbaycan Beynəlxalq Bankı – Gürcüstan”ın fəaliyyətə başlamasının 10-cu ildönümü tamamlanıb.

 

Bu bank 2007-ci ilin fevralında Azərbaycan dövlətinin dəstəyi ilə fəaliyyətə başlayıb. Hazırda “ABB–Gürcüstan”-ın nizamnamə kapitalı 22,688,000 lari təşkil edir.

 

Gürcüstan Banklar Assosiasiyasının üzvü, Gürcüstanın “Birləşmiş Klirinq Mərkəzi”nin təsisçilərindən olan Bank 2011-ci ildə BACEE təşkilatına (Mərkəzi və Şərqi Avropa regionu üzrə Banklar Assosiasiyası) qəbul edilib.

 

“ABB-Gürcüstan”ın əsas missiyası Gürcüstanın maliyyə bazarında Azərbaycan kapitalının mövqeyini möhkəmləndirmək və biznesin bu kapitala çıxış imkanlarını təmin etmək, Azərbaycanla Gürcüstan arasında iqtisadi-ticari əlaqələrin inkişafına töhfə verməkdir. Bank Bakı-Tbilisi-Qars dəmir yolu xətti kimi irimiqyaslı beynəlxalq layihələrə maliyyə vasitəçisi kimi yaxından dəstək göstərir. “ABB-Gürcüstan” ölkənin bank sektorunda mövqelərini getdikcə gücləndirir, iri korporativ müştərilər üçün əsas maliyyə mənbələrindən sayılır.

27.02.2017 11:40

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ