Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

""Azərsun Holdinq"də qeyri-adi hadisələr baş vermir" - AÇIQLAMA

iç səhifə xəbər başlığı altı (mobil)_31
""Azərsun Holdinq"də qeyri-adi hadisələr baş vermir" - AÇIQLAMA

Azərbaycanın ən böyük özəl şirkətlərindən biri olan "Azərsun Holdinq" MMC-də ixtisarlar aparıldığı bildirilir. Məlumata görə, şirkətdə çalışan 100-ə yaxın işçi vəzifəsindən azad edilib.

 

Reklam_3_11

"Azərsun Holdinq"in İctimaiyyətlə Əlaqələr və Biznesin inkişafına dəstək departamentinin müdiri Afiq Səfərov "Marja"ya açıqlamasında bildirdi ki, holdinqdə xərclərin azaldılması üçün daha effektiv idarəetmənin tətbiqinə başlanılıb. 100 nəfərə yaxın işçi ötən il ixtisar olunub:

 

"100-ə yaxın işçi ötən il ərzində ixtisar olunanlardır. Şirkətdə, qeyri-adi, fövqəladə bir şey baş vermir. İşdən çıxarılan insanlar ilə bərabər, yeni işə qəbul edilənlər də var. Hazırda "Azərsun Holdinq"də işlər öz axarı ilə davam edir. Narahatlıq doğuracaq hal yoxdur. Xəbər yanlış anlaşma nəticəsində ciddi ixtisar və layihələrin icrasına xitam verildiyi şəkilində təqdim edilib".

 

Afiq Səfərov əlavə etdi ki, ixtisar olunanlar ilə bərabər, holdinqin bir sıra müəssisələrinin fəaliyyətinin genişlənməsi, yeni satış məntəqələrinin istifadəyə verilməsilə bağlı olaraq yeni iş yerləri də açılır.

16.01.2019 11:04

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ