Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Gömrük ixrac-idxal rəqəmlərini açıqladı - SALDO DEKABRDA KƏSKİN AZALIB

iç səhifə xəbər başlığı altı (mobil)_31
Gömrük ixrac-idxal rəqəmlərini açıqladı - SALDO DEKABRDA KƏSKİN AZALIB
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

2018-ci ildə Azərbaycanın xarici ticarət əməliyyatlarının həcmi 30 milyard 923 milyon 602  min ABŞ dolları təşkil edib.

 

Reklam_3_11

“Marja” Dövlət Gömrük Komitəsinin aylıq hesabatına istinadən xəbər verir ki, idxal əməliyyatları üzrə 11 milyard 464 milyon 970 min dollarlıq, ixrac əməliyyatları üzrə 19 milyard 458 milyon 632  min dollarlıq ticarət qeydə alınıb. Nəticədə, illik 7 milyard 993 milyon 662 min manatlıq müsbət saldo yaranıb.

 

DEKABRDA İXRAC VƏ SALDO AZALIB

 

Dekabrda ixrac 1 milyard  540 milyon 165 min dollar, idxal 1 milyard 169 milyon 394 min dollar, müsbət saldo 370 milyon 771 min dollar təşkil edib. Noyabrda ixrac 1 milyard 947 milyon 901 min dollar, idxal 1 milyon 42 milyon 687 min dollar, müsbət saldo 905 milyon 214 min dollar təşkil etmişdi. Beləliklə, neftin qiymətinin düşməsilə əlaqədar olaraq ixrac azalıb və aylıq müqayisədə saldo 2,4 dəfə düşüb.

 

İXRACIN 91%-İ NEFT, QAZ VƏ NEFT MƏHSULLARI HESABINADIR

 

Ötən il Azərbaycanın 19 milyard 458 milyon  632 min dollarlıq ixracının 15 milyard 719 milyon 482 min dollarını (80.78%-ni) neft məhsulları, 1 milyard 499 milyon 385 min dollarını (7.71%-ni) təbii qaz və 520 milyon 600 min manatını (2.68%-ni) neft məhsulları təmin edib. 

17.01.2019 08:27

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ