Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

SOCAR İstiqrazlarının 9-uncu faiz ödənişi edildi

iç səhifə xəbər başlığı altı (mobil)_31
SOCAR İstiqrazlarının 9-uncu faiz ödənişi edildi
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Dollarda illik 5 faiz gəlir gətirən və faizləri hər 3 aydan bir ödənilən SOCAR İstiqrazlarının sayca 9-cu faiz ödənişi edilib və bununla da, istiqraz sahiblərinin ümumi gəliri 11 milyon 250 min dollara yüksəlib.

 

Reklam_3_11

2021-ci ilədək dövriyyəsi davam edəcək olan SOCAR İstiqrazları üzrə qarşıdakı rüblərdə daha 11 dəfə faiz ödənişi ediləcək ki, bunun da müqabilində, istiqraz sahibləri əlavə 13 milyon 750 min dollar qazanmış olacaqlar (toplamda 25 milyon dollar.)

 

“SOCAR Capital” şirkətindən "Marja"ya verilən məlumata əsasən, hər istiqraz üçün 12.5 dollar olmaqla, ümumilikdə 1 milyon 250 min dollar vəsait bir həftə əvvəldən Milli Depozit Mərkəzinin (MDM) Mərkəzi Bankdakı hesabına köçürülüb və həmin vəsaitlər artıq bu gündən istiqraz sahiblərinin bank hesablarında olacaq.

 

Əsas xüsusiyyətləri SOCAR-ın nominal qiymətdən geri alma zəmanəti, likvidliyin yüksək olması, alğı–satqı əməliyyatlarının asanlığı və faiz ödənişlərinin qrafikə uyğun aparılması olan SOCAR İstiqrazlarının təkrar bazar əməliyyatlarının ümumi həcmi hazırda 170 milyon dolları ötüb və Bakı Fond Birjasında (BFB) ən çox alınıb–satılan qiymətli kağızdır – 2018-ci ildə 800-dən çox əqd bağlanıb. Hətta böyük tələbat nəticəsində SOCAR İstiqrazlarının market–meyker satış qiyməti 16 yanvar tarixində ilk dəfə 1045 dollara yüksəlmişdir.

 

1 və 5 saylı ASAN xidmət mərkəzlərindən də əldə edilməsi mümkün olan SOCAR İstiqrazlarının 2018-ci il üzrə ölkənin ümumi istiqraz bazarındakı payı 24%, korporativ istiqraz bazarındakı payı isə 87% təşkil edib.

 

İstiqrazlar üzrə növbəti faiz ödənişinin 17 aprel tarixində baş tutacağı bildirilib.

17.01.2019 08:51

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ