Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Hindistandan və Pakistandan Azərbaycana səfər edənlərin sayında böyük artım

iç səhifə xəbər başlığı altı (mobil)_31
Hindistandan və Pakistandan Azərbaycana səfər edənlərin sayında böyük artım

2018-ci ilin dekabrında 2017-ci ilin analoji dövrü ilə müqayisədə Azərbaycana səfər etmiş xarici vətəndaşların sayı təxminən 1% artıb.

 

"Marja" Dövlət Turizm Agentliyinin yaydığı məlumata istinadən xəbər verir ki, ümumilikdə 2018-ci il ərzində Azərbaycanı ziyarət etmiş xarici vətəndaşların sayı isə 2017-ci illə müqayisədə 153 min nəfər və ya 6% artaraq 2,8 milyona çatıb.

 

Rusiya, Gürcüstan və Yaxın Şərq ümumi səyahətçi axınının üçdə ikisini təşkil edib. Ölkə turizminin səyahətçi sayına görə ən böyük paylarına malik olan Gürcüstan, Yaxın Şərq və Asiya bazar paylarını müvafiq olaraq, 1%, 2% və 2% olmaqla bir qədər artırıblar. Rusiya və Türkiyə hər biri bazar payını təxminən 1%, İran isə ən böyük azalma ilə 5% itirib.

 

Əcnəbi qonaqların sayının ən yüksək artım səviyyəsi Yaxın Şərq və Asiya ölkələrinə aiddir: 35% və 55%. Yaxın Şərq ölkələri arasında xüsusilə fərqlənənlər Səudiyyə Ərəbistanı (120%, 41 min), İsrail (161%, 40 min) və Küveyt (81%, 30 min), Asiya ölkələri arasında isə Pakistan (135%, 73 min) və Hindistan (175%, 39 min) olub.

17.01.2019 10:21

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ