Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Bakı-İstanbul-Bakı üzrə biletin qiyməti endirildi

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bakı-İstanbul-Bakı üzrə biletin qiyməti  endirildi
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Dünya üzrə 300-dən çox istiqamətə uçuşlar yerinə yetirən “Türk Hava Yolları” aviaşirkəti Azərbaycanda yeni endirim kampaniyasına start verib.

 

Şirkətdən "Marja"ya daxil olmuş məlumata görə, kampaniya çərçivəsində Azərbaycanın müxtəlif şəhərlərindən İstanbula və əks istiqamətdə aviabiletlər endirimli qiymətlə təklif olunur.

 

Kampaniyanın şərtlərinə əsasən, Bakı-İstanbul-Bakı aviareysi üzrə endirimli biletin qiyməti Sabiha Gökçen və Atatürk hava limanlarına müvafiq olaraq 149 və 179 avrodan, Naxçıvan-İstanbul-Naxçıvan və Gəncə-İstanbul-Gəncə istiqamətində biletlərin qiyməti isə 129 avrodan başlayır.

 

Eyni zamanda, İstanbul-Bakı-İstanbul istiqaməti üzrə endirimli biletin qiyməti Sabiha Gökçen və Atatürk hava limanlarından müvafiq olaraq 129 və 159 ABŞ dolları, İstanbul-Naxçıvan-İstanbul və İstanbul-Gəncə-İstanbul aviareysləri üzrə isə 119 ABŞ dolları təşkil edir.

 

“Türk Hava Yolları” aviaşirkəti alış-verişi sevən sərnişinləri nəzərə alaraq sözügedən kampaniya çərçivəsində daşınan baqajın və əl yükünün həcmini artırıb. Belə ki, endirimli qiymətə 30 kq baqaj və 8 kq əl yükü daxildir.

 

Yanvarın 31-dək davam edəcək kampaniya çərçivəsində alınan biletlərlə 21 yanvar – 19 may 2019-cu il tarixləri arasında səyahət etmək mümkündür.

17.01.2019 12:04

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ