Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Yeni "Mazda 6" artıq satışda!

iç səhifə xəbər başlığı altı (mobil)_31
Yeni "Mazda 6" artıq satışda!

(®) Yapon istehsalı, məşhur Mazda brendinin Azərbaycandakı rəsmi distribüteri Mazda 6 avtomobilinin yeni nəslinin satışına start verir.

 

Yeni Mazda 6 sizinlə hər macəraya atılmağa hazırdır! Onun sükanı arxasında özünüzü tək hiss etməyəcəksiniz. Çünki Mazda 6-nın bütün detalları insanla avtomobilin vəhdəti üçün düşünülüb.

 

Mazda 6-dakı yeniliklər barədə ilk təəssürat elə eksteryerdən başlayır. Gövdə elementlərinin rəvan keçidləri avtomobilə eleqantlıq, kəskin xətli radiator barmaqlığı isə əlavə dinamika verir. Avtomobilin yenilənmiş interyeri həm sürücüyə, həm də sərnişinlərə komfort vəd edir. Qızdırılan dəri oturacaqlar, sürücü oturacağının yaddaş paketi, ağac işləmələr rahatlığın və xoş görünüşün təminatçısıdır. Xüsusi boyama texnikası ilə nəfis və məqsədyönlü eksteryer isə sizi həmişə diqqət mərkəzində saxlayır.

 

Mazda 6-nın texnoloji yenilikləri idarəetmədə funksionallığa xidmət edir: multifunksional sükan, Head Up Display, 8 düymlük sensorlu monitor, BOSE® səsucaldıcıları, 7 düymlük alətlər paneli displeyi bunlardan bəziləridir. Bundan əlavə, işıqdiod fənərləri dəsti, qapı zonasının işıqdiodlu asqısı, açarsız daxilolma və Start Stop, yağış və işıq sensorları kimi praktik detallar sürücünün işini asanlaşdırır.

 

Avtomobildə gücü və dinamikanı 194 at gücünə malik 2.5L SKYACTIV mühərrik təmsil edir. Həmçinin, yeni Mazda 6 G-VECTORING, adaptiv işıqdiod faraları, Tutulan zolaqdan çıxma barədə xəbərdarlıq (LKA), Şəhərdə təhlükəsiz əyləcləmə (SCBS), parkinq ötürücüləri və s. funksiyaları sayəsində yüksək təhülkəsizlik performansı nümayiş etdirir.

 

Yeni Mazda 6 barədə daha ətraflı məlumat almaq üçün Azərbaycandakı rəsmi distribüteri Mazda Avtomobil Mərkəzinə müraciət edə bilərsiniz. Qeyd edək ki, Mazda 6-nı şəxsən sınaqdan keçirmək üçün test-drayva yazılmaq imkanınız da var.

 

Əlavə məlumat üçün: (012) 349 01 00 / http://mazda.az/cars/new-mazda6/sedan/overview

 

Mazda Avtomobil Mərkəzinin ünvanı: Bakı şəhəri, Bakı-Sumqayıt şossesi, 6-cı km

 

21.01.2019 05:07

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ