Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Neft, WSJ-nin iddiası ilə bahalaşır

iç səhifə xəbər başlığı altı (mobil)_31
Neft, WSJ-nin iddiası ilə bahalaşır

Tramp hökuməti rəsmilərinin, maliyyə bazarlarını dəstəkləmək və Pekin ilə aparılan danışıqlar prosesini rahatlaşdırmaq məqsədilə Çin məhsullarına tətbiq olunan gömrük vergisini azaltmağı düşündükləri barədə xəbərdən sonra neft qiymətləri yüksəlib.


Əgər, ABŞ güzəştə gedərsə ticarət müharibəsi narahatlıqları, eyni zamanda qlobal inkişafın ləngiyəcəyi qorxuları azalar. Belə olan halda dünyada neftə tələb aratacaqdır.

Reklam_3_11


"Marja" xəbər verir ki, Bakı vaxtı ilə saat 08:55-ə olan məlumata görə, Brent nefti 1%-ə yaxın bahalaşaraq 61,75 dollara qalxıb. ABŞ xam neftinin qiyməti isə 0.5% bahalaşaraq 52.53 dollara yüksəlib. 
 

Cümə axşamı günü "Wall Street Journal"da (WSJ) dərc olunan xəbərdə, ABŞ-ın xəzinə naziri Steve Mnuchin-in Çinə tətbiq edilən əlavə gömrük vergilərini salmağı düşündüyü iddia edilib. Xəbərə görə, maliyyə naziri tariflərin azaldılmasını dəstəkləyir, amma Ticarət Nümayəndəsi Robert Lighthizerın məsələ ilə bağlı tərəddüdü var.
 

Xəbərdən sonra, Nyu-Yorkda birja indekslərində də artım olub. 

 

Xəbər, Çinin Baş nazirinin köməkçisi Liu Henin bu ayın sonunda Vaşinqtona ticarət danışıqlarını davam etdirmək məqsədilə səfər edəcəyini açıqlamasının ardından yayılıb.
 


 ABŞ Prezidenti Donald Tramp, əgər tərəflər 1 Marta qədər geniş bir ticarət sazişini razılaşdırmasalar Çin məhsullarına tətbiq olunan əlavə gömrük vergilərini yüksəldəcəyini bildirmişdi. 

18.01.2019 06:01

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ