Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

"Funt-sterlinq 2019-da ən çox bahalaşan G-10 valyutası olacaq"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Funt-sterlinq 2019-da ən çox bahalaşan G-10 valyutası olacaq"

"Goldman Sachs"a görə, Funt-sterlinq, 2019-cu ildə ən çox dəyər qazanan G-10 pulu olacaq



 
Qlobal maliyyə xidmətləri şirkəti "Goldman Sachs Group"a görə, Funt-sterlinq, müqaviləsiz Brexit riskinin azalması ilə 2019-cu ildə G-10 valyutalarının hamısı qarşısında dəyər qazana bilər.

Reklam_3_11


 
"Marja" xəbər veri ki, Funt-sterlinq, Böyük Britaniyanın Baş naziri Theresa May-ın "Brexit" planının keçən həftə  uğursuzluğa uğramasının ardından, Böyük Britaniyanın Avropa Birliyində (AB) qalması ilə nəticələnəcək ikinci referendum ehtimalının artması ilə ardıcıl beş gün dəyər qazanıb.
 

Baş nazirin Bazar ertəsi günü parlamentdə yeni təklifini təqdim etməsi gözlənilir.
 

PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!

 

"Goldman Sachs"ın qlobal Valyuta və inkişaf edən bazarlar departamentinin rəhbəri Zach Pandl, "Bloomberg Television"a verdiyi müsahibəsində, "Keçən həftə baş verənləri daha sonra reallaşacaq daha yumşaq bir "Brexit", ya da heç baş verməyəcək bir "Brexit" əlaməti kimi oxuyarıq. Biz, Funt-sterlinqin bu il ən yaxşı performans göstərən G-10 pulu olacağını düşünürük",- deyib.
 

"Bloomberg"ün iqtisadçı və strateqlər arasında keçirdiyi sorğunun nəticələrinə görə funt-sterlinq 2019-cu ilin sonuna qədər 5%-dən çox dəyər qazanaraq dollar qarşısında 1.36 səviyyəsinə yüksələcək.

 

Bakı vaxtı ilə saat 11:25-də Funt sterlinq/Dollar (GBP/USD) məzənnəsi 1.2874 səviyyəsində olub. 

 

G10 valyutaları dünyanın ən likvid valyutalarıdır. Bu valyutalar aşağıdakılardır:
 
 ABŞ dolları (USD)
 Avro  (EUR)
 Funt sterlinq (GBP)
 Yaponiya yen (JPY)
 Avstraliya dolları (AUD)
 Yeni Zelandiya dolları (NZD)
 Kanada dolları (CAD)
 İsveçrə frankı (CHF)
 Norveç kronası (NOK)
 İsveç kronu (SEK)

21.01.2019 08:19

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ