Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Tereza Mey parlamentə "Brexit" üzrə "B planı"nı təklif edib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Tereza Mey parlamentə "Brexit" üzrə "B planı"nı təklif edib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Səsvermə uğursuzluğundan sonra Britaniyanın baş naziri Tereza Mey parlamentə "Brexit" üzrə yeni plan təklif edib. Mey çıxış yolunun parlamentin "Brexit" müqaviləsini təsdiqləməsi olacağını deyib. Hökumət müqaviləsiz "Brexit"in reallaşmamasını istəyir. 

 

Reklam_3_11

Birləşmiş Krallığın Avropa İttifaqından (Aİ) çıxması üzrə "B planı" ilkin variantından çox az fərqlənir.

 

Demək olar ki, yeganə fərq, Böyük Britaniyada qalmaq istəyən Aİ vətəndaşları üçün 65 funt məbləğində yığımların ləğvi təklifidir.

 

Meyin sözlərinə görə, onun rəhbərlik etdiyi hökumət öz siyasətini dəyişib və bundan sonra xalq nümayəndələrinin fikirlərinə daha fəal diqqət yetirəcək. Hökumət bunun üçün nadir qanunverici mexanizmə – parlament təklifinə əl atıb və "Brexit" layihəsinə yeni ideyaların tətbiq edilməsini gözləməklə, onu faktiki olaraq deputatlar üçün "şikayət kitabçası"na çevirib.

 

Lakin bununla yanaşı o bildirib ki, bütün şəffaflığa baxmayaraq, onun komandası "Brexit"lə bağlı təkrar referendumun keçirilməsi, Britaniyanın Aİ-dən çıxma tarixinin dəyişdirilməsi, həmçinin 1998-ci il tarixində imzalanmış Şimali İrlandiyada münaqişənin siyasi nizamlanmasına dair Belfast sazişinə dəyişikliklər edilməsinə razılaşmayacaq.

22.01.2019 04:25

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ