Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Dollar, Trumpın çıxışı öncəsi bahalaşır

iç səhifə xəbər başlığı altı (mobil)_31
Dollar, Trumpın çıxışı öncəsi bahalaşır

ABŞ-ın pul vahidi Dollar, Prezident Donald Trumpın bu gecə Konqresdə edəcəyi çıxış öncəsi dünyanın mühüm valyutaları qarşısında güclənir. "Marja" xəbər verir ki, Trumpın Bakı vaxtı ilə 01 Mart saat 01:00-da çıxış edəcəyi gözlənilir.

 

Reklam_3_11

Dollar, Trump rəhbərliyinin, prezidentin Çərşənbə günü edəcəyi çıxış öncəsi, xərc prioritetlərini qeyd etməyə başlamaları ilə birlikdə güclənir. Trump, Bazar ertəsi günü etdiyi açıqlamada da, infrastruktura böyük məbləğdə vəsait ayıracağını deyib. Tramp-ın bu gecə edəcəyi çıxışda, iqtisadi planlarına dair daha çox detal verə biləcəyi düşünülür.  

 

Digər tərəfdən, ABŞ Mərkəzi Bankı Fed-in Dallas şöbəsinin sədri Robert Kaplan, rəsmilərin faizi "gec deyil, daha erkən" yüksəltməsi və bazar gözləntilərinə çox fikir verməmələri lazım olduğunu söyləyib. Əməliyyat məlumatlarına görə, Fed-in 14-15 Martdakı iclasda faiz artırması ehtimalı 34%-dən 50%-ə qalxıb.

 

Stajlı valyuta treyderi Stefan İnnes bildirib ki, "Dollar "ayları", əgər Trump infrastruktur xərcləri məsələsində irəliləyərsə və Janet Yellen faiz artırımı ritorikasını gücləndirərsə diqqətli olmalıdırlar. Bazar üçün böyük sual, Trumpın bu axşam nələri deyəcəyidir".

 

Dollar, Yen, Avro kimi mühüm valyutalar qarşısında bahalaşır.

 

28.02.2017 05:20

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ