Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Karbamid zavodunda bu il 550 min tona qədər məhsul istehsal ediləcək

iç səhifə xəbər başlığı altı (mobil)_31
Karbamid zavodunda bu il 550 min tona qədər məhsul istehsal ediləcək

"Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Sumqayıt Kimya Sənaye Parkının ərazisində inşa olunmuş Karbamid zavodunda bu il 500-550 min ton karbamid istehsalı nəzərdə tutulur".

 

Reklam_3_11

Bunu  Karbamid zavodunun direktoru Xəyal Cəfərov bildirib.

 

Onun sözlərinə görə, zavod 3 ay sınaq rejimində işlədikdən sonra bu ilin mart ayında tam gücünə çıxacaq:

 

“Zavod tam gücü ilə işə düşdükdən sonra karbamidə olan daxili tələbat ödəniləcək, sonra ixraca yönəldiləcək. Bu il üçün, təxminən, 500-550 min ton karbamid istehsalı nəzərdə tutulur”.

 

X.Cəfərov həmçinin qeyd edib ki, Karbamid zavodu martın sonu-aprelin əvvəlində SOCAR-a tam təhvil veriləcək.

 

Qeyd edək ki, Sumqayıt Kimya Sənaye Parkının ərazisində inşa olunmuş “SOCAR karbamid” zavodu yanvarın 16-da istifadəyə verilib.

 

Zavod il ərzində 435 mln. kubmetr təbii qaz həcmindən xammal kimi istifadə etməklə 650-660 min ton karbamid məhsulu istehsal etmək gücündədir.

 

İstehsal həcminin 70%-i ixrac üçün nəzərdə tutulur. Bunun isə ölkəyə hər il 160 mln.dollara qədər əlavə gəlir gətirməsi gözlənilir.

 

Karbamid gübrəsi ən yüksək azot tutumuna malikdir və buna görə də ən keyfiyyətli azot gübrəsi hesab olunur. Suda tez həll olma qabiliyyətinə görə seçilən bu gübrə növü ammonyak və karbon dioksidin sintezi nəticəsində əldə edilir. Karbamidə tələbat onun aşağı maya dəyəri, qənaətcil daşınması, rahat tətbiqi və kənd təsərrüfatında yüksək məhsuldarlığı ilə əlaqədardır. Bu məhsul digər kimyəvi maddələrin istehsalında və əczaçılıqda da geniş istifadə olunur.

 

SOCAR-ın Karbamid zavodu hazırda ölkədə qeyri-neft sektorunda həyata keçirilmiş ən böyük layihədir və ümumi dəyəri, təxminən, 800 milyon avro təşkil edir. Layihənin maliyyələşdirilməsi ilkin dövrdə dövlət büdcəsindən ayrılan vəsaitlər hesabına həyata keçirilmişdir. 27 yanvar 2017-ci il tarixində Cənubi Koreyanın İxrac-idxal Bankından (KEXIM), habelə Societe Generale (Fransa), Deutsche Bank (Almaniya) və UniCredit (Avstriya) banklarından dövlət zəmanəti əsasında 500 mln. avro məbləğində vəsait cəlb edilib. Həmçinin layihə ilə bağlı vergi və rüsumların, habelə digər xərclərin ödənilməsi məqsədi ilə SOCAR tərəfindən, təxminən, 100 mln. avro məbləğində vəsait ayrılıb. 


Xatırladaq ki, Karbamid zavodunun təməli 2011-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə qoyulub.

 

Zavodun tikintisi Cənubi Koreyanın “Samsung Engineering Co., Ltd.” şirkəti tərəfindən, ammonyak üzrə Danimarkanın “Haldor Topsoe” və karbamid istehsalı üzrə Niderlandın “Stamicarbon B.V” şirkətlərinin texnologiyası əsasında həyata keçirilib. Finlandiyanın “Neste Engineering Solutions Oy” şirkəti layihənin idarə edilməsi üzrə məsləhət və müstəqil təftiş xidmətləri göstərib.

 

PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!

 

© Report

23.01.2019 14:52

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ