Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Bakcell “Premium Bank”la əməkdaşlığa başlayıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bakcell “Premium Bank”la əməkdaşlığa başlayıb

Azərbaycanın İlk Mobil Operatoru və Ən Sürətli Mobil İnternet Provayderi Bakcell şirkəti və ölkənin ən nüfuzlu banklardan biri olan Premium Bank arasında əməkdaşlıq memorandumu imzalanıb.

 

Reklam_3_11

Şirkətin mətbuat xidmətindən daxil olan məlumata görə, maliyyə və bank sektorunda “Bakcell”in ən böyük korporativ abunəçilərindən biri olan “Premium Bank”la imzalanmış sənəd tərəflər arasında əməkdaşlığın genişləndirilməsi məqsədilə qarşılıqlı fəaliyyətin təşkili və müxtəlif sahələrdə birgə layihələrin icra edilməsini nəzərdə tutur.

 

Bakcell şirkətinin baş icraçı direktoru Nikolai Beckers və “Premium Bank”ın Müşahidə Şurasının sədri Elçin Əhmədov tərəfindən imzalanan əməkdaşlıq memorandumu çərçivəsində tərəflər telekommunikasiya və bank sahəsində birgə məhsul və xidmətərin təqdim olunması imkanlarını müzakirə ediblər.

 

Bakcell şirkəti hazırda müxtəlif sahələri təmsil edən 3500-dən artıq korporativ müştəriyə xidmət edir. Bakcell ölkə iqtisadiyyatının bir çox sektoru üzrə ən böyük korporativ telekommunikasiya xidmətlərinin təminatçısıdır. Şirkət Azərbaycanda fəaliyyət göstərən yerli və beynəlxalq şirkətləri ən yüksək keyfiyyətli telekommunikasiya həlləri ilə təmin edir. “Bakcell”in peşəkar komandası şirkətlərə, dövlət qurumlarına və digər təşkilatlara mobil telekommunikasiya sahəsində istənilən növ xidməti göstərməyə hazırdır. Bakcell özünün korporativ abunəçilərinə təhlükəsiz və etibarlı rabitə təqdim etməklə daha effektiv fəaliyyət göstərməkdə, müştəriləri ilə əməkdaşlıq və sıx ünsiyyət qurmaqda onlara dəstək göstərməklə ölkə iqtisadiyyatının və ümumi biznes sektorunun inkişafına töhfə verir.

 

PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!

 

© Qafqazinfo

24.01.2019 13:26

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ